12
İyun 2019-cu il, ulduz falı. Ətrafınızdakılarla heç cür dil
tapa bilmirsiniz
Qoç - Müsbət emosiyalar almağa elə can atırsınız ki, həyatın yalnız
bu emosiyalardan ibarət olmadığını unudursunuz. Bu gün
vəzifələrinizi unudur, verdiyiniz sözləri yadınıza salmaq
istəmirsiniz. Üstəlik, belə yüngüllüyə görə kimsənin sizi
cəzalandırmayacağından çox əminsiniz. Yeni tanışlarınızda müsbət
təəssürat yaratdığınızdan yeni əməkdaşlıq, yaxud da eşq macərasının
başlanması mümkündür.
Qarşı cinsin nümayəndələrinin diqqəti sizə çox xoşdur. Bəzən onu
əldə etmək üçün özünüzü abdalcasına aparırsınız. Böyüklərin müdrik
məsləhətlərini dinləyin, o zaman bir çox ciddi səhvlərdən qaça
bilərsiniz.
Buğa - Yaxşı ideyalar və yeni planlar çoxdur, bunların
reallaşdırılması qarşınızda yeni imkanlar açır. Düzdür, çox
işləməli olacaqsınız, üstəlik, şərait də bir o qədər ürəkaçan
olmayacaq. İntellektual potensialınız yüksəkdir, odur ki, hətta ən
mürəkkəb məsələni qısa müddətdə həll edirsiniz. Uzunmüddətli
planlaşdırma aparmaq olar.
Çox sakit və soyuqqanlısınız. Bu, işlərinizi yoluna qoymağa kömək
edir, ancaq ətrafınızdakılarda xoş olmayan təəssürat yaradır. Çox
hissiyyatlı olanlar isə sizin ümumiyyətlə daşürəkli olduğunuzu
düşünəcəklər.
Əkizlər - Ünsiyyət və yeni tanışlıqlar üçün çox münasib gündür. Çox
cazibədarsınız, bu, ətrafınızdakıların nəzərindən yayınmır. Yeni
eşq macərasının başlanması ehtimalı böyükdür, amma hisslərin
dərinliyi hələlik sual altındadır.
İşgüzar adamlar üçün gün yaxşı sayıla bilər: bizneslərini
genişləndirə, sərfəli müqavilələr bağlaya bilərlər. Bürcün bütün
nümayəndələri sürprizlərə, pul, dəyərli hədiyyələr almağa ümid edə
bilərlər. Uşaqlar və qaraqabaqlıqları dillər əzbəri olan adamlarla
asanlıqla dil tapırsınız.
Xərçəng - Xırda çətinliklər və problemlər çox olsa da, nə sizin
əhvalınıza, nə də baş verən hadisələrə münasibətinizə təsiri
olmayacaq. Düşmənlərinin üzərində tezliklə qələbə çalacaqlarından
əmin olan Xərçənglər yanılmırlar, çünki doğrudan da, düzgün yanaşma
nəticəsində istədiyinizə çata bilərsiniz, bir az ağlınızı
işlətməyiniz gərəkdir.
Ev işlərilə məşğul olmaq faydalıdır, yaxınlarınız da sizə həvəslə
kömək edəcəklər. Ümumi qayğılar birləşdirir. Sevdiyiniz insandan
yardım istəməkdən çəkinməyin, o buna hətta sevinəcək.
Şir - Gözəl ideyalar, gələcək üçün maraqlı planlar yaranır. Əsas
odur ki, onları reallaşdırarkən tələsməyib, daha yaxşı məqamı
gözləyəsiniz. Bu gün mənfi tendensiyalar vaxtaşırı özünü büruzə
verir, özü də sizin heç gözləmədiyiniz bir vaxtda.
Faydalı bir məlumat alaraq dərhal ondan yararlanacaqsınız. Sizin
üçün çox dəyərli bir insanla rastlaşa bilərsiniz. Yaradıcı
potensialınız yüksəkdir, müxtəlif şənlik və əyləncələrin təşkilində
tayınız-bərabəriniz yoxdur.
Qız - Parlaq, yaddaqalan, üstəlik, məhsuldar və xoş gündür.
Həyatınızı kökündən dəyişə bilərsiniz, yetər ki, istəyin. Faydalı
məlumatlar vaxtında gəlir və yalnız intuisiyanın hesabına qərar
verməyə gərək qalmır. Çox dəyərli məsləhətlər verirsiniz, bu,
ətrafınızdakıların diqqətindən qaçmayacaq.
Bir şey pisdir: emosional fon qeyri-sabitdir, bu səbəbdən çox
əsəbisiniz, xırda anlaşılmazlıqlara sərt reaksiya verirsiniz.
Xüsusilə xeyli insanın çalışdığı kollektivdə işləyən Qızların işi
çətin olacaq.
Tərəzi - Gərgin, təzadlı gündür. Fikirlərinizdə, planlarınızda və
istəklərinizdə bir nizam yaratmağa nail ola bilmirsiniz. Eyni
zamanda, düşmənləriniz sizi yanıldır, sizi idarə etməyə çalışırlar,
özünüzü toplayın. İri alış-veriş etmək, daşınmaz əmlakın
alqı-satqısı, yaxud icarəsi ilə bağlı sənədləri imzalamaq məsləhət
deyil.
Zəngin fantaziyanız, hər bir işə yaradıcı yanaşma situasiyanı
yaxşıya doğru dəyişməyə imkan verir. Cəhd göstərin, hər şey
alınacaq. Qısamüddətli səfərlər üçün münasib gündür.
Əqrəb - İşlər sizin gözlədiyiniz kimi getmir. Planlarınız dağılır,
yeni şəraitə uyğunlaşmaq lazım gəlir. Bir çox Əqrəblər özlərini
köməksiz hiss edəcəklər, təbii ki, əhvalları da korlanacaq. Etibar
etdiyiniz insanların dəstəyindən məhrum olmağınız işləri daha da
çətinə salır.
İrimiqyaslı layihələri reallaşdırmağa çalışmayın, ümumiyyətlə,
böyük işlərə girişməyin. Yaxınlarınız sizi düşünülməmiş
hərəkətlərdən çəkindirməyə çalışırlar, onların məsləhətinə qulaq
assanız, ağıllı iş görmüş olarsınız.
Oxatan - Diqqətinizə işə yönəltsəydiniz, çox şeyə nail ola
bilərdiniz. Ancaq bu gün bürcün nümayəndələrini uğur deyil,
ətrafdakıların təqdiri daha çox maraqlandırır. Qələbələrinizə
diqqət çəkmək, özünüzün ən yaxşı cəhətlərinizi nümayiş etdirmək
üçün çox əziyyət çəkməli olursunuz. Bu "faydalı" məşğuliyyət xeyli
vaxtınızı və gücünüzü alır. Halbuki bunları daha səmərəli bir
fəaliyyətə sərf edə bilərdiniz.
Özünüzlə, ətrafınızdakılarla dürüstsünüz, bəzən bu, xoşagəlməz
situasiyalar yaradır, ancaq eyni zamanda qlobal problemlərin
qarşısını alır. Vacib qərarlar verə, gələcək planlarınızı
dəqiqləşdirə, nikaha girə bilərsiniz.
Oğlaq - Bu günün uğurları entuziazmla düz mütənasibdir. Əgər
candərdi iş görürsünüzsə, heç bir nailiyyətə ümid etməyin. Ruh
yüksəkliyi və nikbinlik isə istənilən problemi aradan qaldırmağa
kömək edəcək. Faydalı əlaqələr qurmaq olar, bir çox məsələlərin
həllində sizə yardım edə biləcək bir insanla tanış olmaq şansınız
var.
Ailə problemlərinin həlli və aktual məsələlərin müzakirəsi üçün
münasib gündür. Mürəkkəb situasiyadan çıxış yolu tapmağa nail
olursunuz. Bugünkü davranışınız rəyinə hörmət etdiyiniz insanın
diqqətini sizə yönəldəcək, təqdir olunacaqsınız.
Dolça - Ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz. Bu həm
işgüzar, həm şəxsi münasibətlərə aiddir. Bir çox Dolçalar o qədər
anlaşılmazlıqla rastlaşırlar ki, demək olar ki, hamını özlərinə
düşmən görürlər. Tamamilə yalqız qalmaq riski ilə üz-üzəsiniz.
Pulları düşünmədən sərf edirsiniz, günün sonunda pulqabınız boşala
bilər.
Sizə maraqlı olan işlərlə məşğul olaraq nəinki uğurlar qazanacaq,
üstəlik, başqalarını da arxanızca aparacaqsınız: müştərək iş
qarşılıqlı anlaşmaya yol açır. Sevən Dolçalara romantk gəzintilər,
at üstündə gəzinti, su kənarında istirahət məsləhət görülür.
Balıqlar - Qələbə qazanmaq istəyirsiniz, amma bunun üçün heç bir iş
görmürsünüz. Nə ağıllı, nə də sərfəil mövqedir. Ola bilsin ki,
bəxtiniz gətirsin, ancaq doğrudan da, müvəffəqiyyət əldə etmək
niyyətiniz varsa, o zaman işləyin. Tənbəllik, ehtiyatsızlıq,
səliqəsizlik çoxsaylı xırda itkilərə yol açır.
Yaxınlarınıza qarşı diqqətli olun, onların yanında olmağa çalışın.
Uşaqlarla daha çox vaxt keçirin, onlarla oynayın. Günün ikinci
yarısı gözünüzə artıq görünən əşyalardan
qurtulun.