18 iyun üçün ulduz falı
18
İyun 2019-cu il, ulduz falı. Ünsiyyət çevrənizi genişləndirə
bilərsiniz
Qoç - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna
deyil. Hətta emosional şok da ola bilər. Halbuki, situasiya
soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun,
problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.
Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda
olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin
öhdəsindən gələ bilərsiniz.
Buğa - günün ilk yarısında yarana biləcək qəfil hadisələrə tam
hazır olun. Çətin, birmənalı olmayan situasiyaların öhdəsindən
gəlmək üçün problemlərin çözümündə kreativ davranın.
Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
müxtəlif variantları təhlil edin. Onların arasında ən optimalını
seçin.
Məişət çətinliklərini sürətlə aradan qaldırmağa can atın. Ünsiyyət
çevrənizi genişləndirə bilərsiniz.
Axşam saatları birgə istirahət üçün əlverişlidir. Texnika və ya
avadanlıq almaq üçün münasib zaman deyil.
Əkizlər - hədəflərlə məqsədləri təftiş edin. Onların arasında ən
gərəklisini, əlçatanını seçərək məqsədə doğru qətiyyətlə
irəliləyin. Saatlar keçdikcə emosional fon daha gərgin olacaq.
Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında hərdəmxəyallıq etməyin. İzafi gərginlikdən
qurtulun. Stereotip düşüncəyə qapılmasanız, yaxın ətrafınızdakı
insanlarla ünsiyyətiniz normal olacaq.
İttiham və iradlar üçün münasib zaman deyil.
Xərçəng - yetərincə laübəli, narahat gündür. Başqalarının
problemlərinin həllində aktiv iştirak edərək öz işlərinizi
unutmayın. Mübahisədə vasitəçilik etmək olar. Amma hakimlik fikrinə
düşməyin.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanların təkliflərini
qəbul etməyin. Yollarda tıxaclar istisna deyil. Texniki nasazlıqlar
sizi pərişan etməsin.
Səhhətinizdə kiçik problem yaransa belə, həkimə müraciət edin.
Şir - günün ilk yarısından etibarən intensiv işləyin. Tənbəllik
etməyin. Bir qədər əvvəl başladığınız işi bitirin. Yarımçıq işlərin
sayını artırmayın. İstənilən layihənin əvvəli təki, məntiqi sonluğu
da olmalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə,
ünsiyyətdə yaranan bəzi çətinlikləri kritik vəziyyət saymayın.
Detallara ifrat əhəmiyyət verməyin. Fikir ayrılıqlarını normal
şəkildə çözməyə çalışın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Qız - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o qədər
uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək, diqqət
cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının problemlərini
müzakirə etmək istəyəcəksiniz.
İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə
dəyməmək - bugünkü davranışınızdır.
Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.
Tərəzi - məqsədlərinizi reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Qarşınıza qoyduğunuz hədəfi nə qədər tez "vursanız", bir o qədər
yaxşıdır. İmkan olan kimi fəal işləyin. Yorulsanız, dincəlin. İfrat
yorğunluqda fəsadlar yoxdur.
Günün ikinci yarısında intellektual fəaliyyət gözlənilən bəhrəni
verəcək. Bununla belə, fiziki işləri unutmayın. Yaxınlarınızla
ünsiyyətdə yumşaq, güzəştlərə meylli olun.
Sakit, səbrli davranın.
Əqrəb - təhlükəsizlik qaydalarına riayət edin. Ehtiyatlı, təmkinli
olun. Soyuqqanlı insan təsiri bağışlamağınız gərəkdir. Yaxşı
tanımadığınız insanlarla münasibətlərdə emosiyalara uymayın.
Hirslənməyin. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında istismar olunan fərdə çevrilməyin.
Qeyri-adi, çətin, qarışıq situasiyadan çıxış yolu tapmaq üçün çevik
olun. Fəndgirlik də istisna deyil.
Sevdiyiniz insanla təmaslarda anlaşılmaz məqamlara aydınlıq
gətirmək, bəzi hərəkətlərdəki sualları aradan qaldırmaq üçün üzbəüz
söhbətə ehtiyac duyulur.
Oxatan - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli
və səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz
insanların qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf
edə bilərsiniz.
Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş
edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.
Oğlaq - sakit, ahəstə işin çətinləşdiyi bir zamandır. Analitika ilə
bağlı fəaliyyət üçün əlverişli vaxt deyil. İşiniz uzaq məsafələrdə
reversiv hərəkətlə bağlıdırsa, sərvaxt olun.
Günün ikinci yarısında problemlərin həllində tələskənliyə yol
verməyin. Danışmaqla bahəm, başqalarını dinləməyi də bacarın.
Yaxınlarınızla münasibətlərdə qayğıkeş, səmimi olun.
İstənilən çətinliyi danışıqlar vasitəsilə çözmək olar.
Dolça - aktiv, enerjili olun. Passivlik və süstlük əleyhinizədir.
Dəyişən şərtələrə, situasiyadakı fərqli məqamlara alışmağa çalışın.
Yaranmış imkanlardan bəhrələnin. Adi problemlər trivial olmayan
həllər tələb edir.
Günün ikinci yarısında kommersiya və ya biznes layihəsi uğurlu
alına bilər. Fəaliyyətinizin məhsuldarlıq səviyyəsini artırın.
Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı olun.
Düşünülməmiş qərarlar qəbul etməyin.
Balıqlar - günün ilk yarısından etibarən problemlərin sayı artacaq.
Yaxınlarınız diqqət, problemlər isə aktiv həllini tələb edir.
Texnikanın qəflətən sıradan çıxması, yolda tıxaclar, vəd etdiyiniz
görüşə gecikməyiniz istisna deyil.
Fors-major vəziyyətlər əsla əhvalınızı korlamamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kiçik məsələlərin
ucbatından mübahisə etməyin. Münasibətləri korlamayın. Dartışmalar
sonradan ciddi münaqişəyə çevrilə bilər.
Axşam saatlarında normal istirahət etməyə
çalışın.