28 iyun üçün ulduz falı
28
İyun 2019-cu il, ulduz falı. Məqsədə çatmaq üçün bəzi məsələlərdə
güzəştə getmək gərəkdir
Qoç - Qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. Danışıqlar və
söhbətlər çox olacaq. Problemlərin həllini primitivləşdirməyin.
Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri
yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar
münasibətlərdə potensialınızdan tam istifadə edin.
Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Axşam saatlarında normal istirahət edin.
Buğa - Günün ilk yarısı ikinci dərəcəli işlərə çox vaxt ayırmayın.
Uğur qazanmaq üçün bütün gərəkli mövqeləri və məqamları bir daha
yoxlayın. İdeyalarınızı daha səbatlı və praqmat edin. İmkanlardan
mümkün qədər effektiv istifadə edin.
Günün ikinci yarısında informasiya axınını genişləndirin. Yazışın,
zəng vurun, məlumat alın. Təmasların məqsədəuyğun olmasına
çalışın.
Səfər və yeni məlumat istisna deyil. Yeni obyektə marağınız arta
bilər. Gərəksiz, mənasını itirmiş nəsnələrdən qurtulun. Yaşamınıza
yeni emosiyalar əlavə edin.
Axşam saatlarını dostlarla keçirmək olar.
Əkizlər - Günün ilk yarısı görə biləcəyiniz işlərdən dəfələrlə
artıq problemlər var. Onları həll etmək gərəkdir. Əsas planlarınıza
və məqsədlərinizə maneələr yarada biləcək mövzuya qarışmayın.
Görüləsi işləri vaxt amilini nəzərə alaraq planlaşdırın.
Günün ikinci yarısında situasiya qəfil qərarlar və ani həllər tələb
edir. Pozitiv olun.
İnformasiya ilə çalışın, yazışın. Müzakirələr aparmaq olar. Yaxın
ətrafınızdakı insanlardan biri ilə anlaşmaya nail ola bilərsiniz.
Durumun nəzərə alınması rəqiblər üzərində üstünlüyə nail olmağa
imkan verəcək.
Situasiyanı işgüzar etməyə çalışın.
Xərçəng - Günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə
yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir
neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv
olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək
onu çözməyə başlayın.
Mühafizəkar olun.
Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə
əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan
dəstək almağa çalışın.
Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın.
Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli
olun.
Stressdən qurtulmağa çalışın.
Şir - Müstəqil fəaliyyətin effektivliyi az olacaq. Aktiv, açıq
işləyin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı maksimal
təəssürat yaratmağa can atmayın. Səylərinizin uğurlu
olub-olmayacağı əhvalınıza və fəaliyyətinizə təsir edəcək.
Günün ikinci yarısında danışıqlar, yazışmalar, işgüzar səfər yaxşı
nəticə verəcək.
Proseslər sürətlənəcək. Yaşananlara münasibətinizi dəyişəcək
hadisələr olacaq.
Axşam saatları aktiv istirahət üçün yaxşıdır.
Qız - Günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı
artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım
etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə
məşğuldur.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında
kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və
məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün
yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.
Axşam saatlarında səhhətinizə fikir verin.
Tərəzi - Fikrinizi ikinci dərəcəli məsələlərə yayındırmayın. Ən
mühüm işləri seçərək onları reallaşdırmağa başlayın. Bütün
resurslardan yararlanın. Retroqrad insanların gəlirlərinizə mənfi
təsiri olacaq. Diqqətli davranın.
Süni təkana heç bir ehtiyac yoxdur.
Günün ikinci yarısında irəliyə doğru aramla hərəkət edin. Sınanmış
tərəfdaşlardan yararlanın, mənasız risklərə yol verməyin.
İşləri vaxtından əvvəl başa vurmağa tələsməyin. Belədə əsla
gözləmədiyiniz nəticələr hasil ola bilər.
Dəyər verdiyiniz insanlarla təmaslarda səmimi olun. Gələcəklə yox,
indi ilə yaşayın. Həyatınızı maraqlı etməyə çalışın.
Əqrəb - Günün ilk saatlarından etibarən gərginlik azalacaq. Bir
qədər nəfəs almaq, çatdığınız mövqeləri möhkəmləndirmək olar. Cari
işləri tələsmədən araşdırın. Qarşıda duran məqsədləri nəzərdən
keçirin. Tərəfdaşlara yeni plan təklif etmək olar.
İkinci dərəcəli məsələlərə çox vaxt sərf etməyə dəyməz.
Günün ikinci yarısında emosional söhbətlərdə aktiv iştirak etməyin.
Danışıqlar və müzakirələrdənsə yayınmayın. Peşəkar məziyyətlərinizi
nümayiş etdirin. Maliyyə məsələlərində xüsusilə sayıq davranın.
Axşam saatlarında bir qədər idman edin.
Oxatan - Maraqlarınızın təminatı üçün qətiyyətli və iradəli olun.
Münasibətlərin, əməkdaşlığın perspektivlərini müzakirə edin. İşləri
paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var. İnformasiya məkanı
rəqabət mübarizəsi yerinə çevrilə bilər.
Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün,
hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin.
Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın.
Yeni planı reallaşdırmağa başlamaq olar.
Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.
Oğlaq - Günün ilk yarısında gərginlik, əhvalın heç bir motivasiya
olmadan dəyişməsi, problemlər istisna deyil. Yaxın ətrafınızdakı
insanlardan biri həddən artıq aqressiv davranaraq səbirsizlik
edirsə, situasiyanı yumşaltmağa, normallaşdırmağa çalışın. Kiminsə
iradı və ya tənqidi sizi narahat edə bilər.
Günün ikinci yarısında əldə etmək istədiyiniz məlumata can atın.
Yaşamın öz qaydalarını, şərtlərini diktə etdiyi məqamda proseslərə
müdaxilə etməyin.
Məqsədə çatmaq üçün bəzi məsələlərdə güzəştə getmək gərəkdir.
Dolça - Şərait qarışıq, laübəlidir. Bir tərəfdən sizi maraqlandıran
mövzularda novasiyalar və yeniliklər çox olsa da, digər tərəfdən
məhdudiyyətlərin sərt çərçivələrini hiss edəcəksiniz. İşdə
rəhbərliyin tapşırıqları artacaq. Yaxınlarınıza verdiyiniz vədləri
yerinə yetirin.
Günün ikinci yarısında bir işi seçərək prioritet edin.
Perspektivlərə mümkün qədər aydınlıq gətirin.
Dəyişikliklər, təkliflər və dəvətlər az olmayacaq. Məqsədlərlə
hədəfləri dəqiqləşdirin. Aradığınız məlumatı və ya bilgini əldə
etmək üçün aktiv olun.
Balıqlar - Təcili həll tələb edən məsələlər və kiçik qayğıların
sayı arta bilər. Ümumi ab-hava pis deyil. Görüşlərlə ünsiyyətin
məzmunlu olmasına çalışın. Fəaliyyət arealında qayda yaradın,
sistemləşdirməyə və təşkilati tədbirlərə başlayın.
Günün ikinci yarısında potensialınızdan tam istifadə edin.
Mübahisəli məqamları çözmək, anlaşmaya nail olmaq, cari situasiyaya
təsir etmək imkanları var. Yaxın ətrafınızdakı insanların
ambisiyalarını və maddi maraqlarını nəzərə alın.
Axşam saatlarında ev işləri ilə məşğul olmaq faydalıdır. Ailə
üzvlərinizə yardımlarınız effektiv ola bilər.