29 iyun üçün ulduz falı
29
İyun 2019-cu il, ulduz falı. Yeni planı reallaşdırmağa başlamaq
olar
Qoç - günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə
yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir
neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv
olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək
onu çözməyə başlayın.
Mühafizəkar olun.
Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə
əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan
dəstək almağa çalışın.
Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın.
Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli
olun.
Buğa - günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı
artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım
etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə
məşğuldur.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında
kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və
məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün
yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.
Axşam saatlarında səhhətinizə fikir verin.
Əkizlər - yeni əlaqələrin qurulması və ya zəif münasibətlərin
inkişaf etdirilməsi üçün əlverişli zaman deyil. Məntiqə əsaslanın,
ətrafınızdakı insanlara çox güvənməyin. Paxıllarla bədxahlarınızın
məkrli planlarını alt-üst edin.
Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Gerçəklə yalanı
ayrıd etməsəniz, itkilər verəcəksiniz. İşdə təşəbbüslərinizi
rəhbərlik dəstəkləyəcək.
Səmimi olun, gülərüz insan təsiri bağışlayın. Ailə üzvlərinin
məsləhətlərini dinləyin.
Xərçəng - əsas məsələ düşünülməmiş addımlar atmamaqdır. Məsul işə
başlayanda xırdalıqları və detalları qulaqardına vurmayın.
İstehsalat prosesinə qatılıbsınızsa, səhvlərə yol verməyin. Sifariş
və tapşırıqları vaxtında yetirin.
Günün kiinci yarısında yaxınlarınızdan birinə təcili kömək
göstərin. Yaxşı bələd olmadığınız insanlarla söhbətlərdə sirləri
açmayın. Diqqətli olun, sayıq davranın.
Şir - günün ilk yarısı yeni işə başlamaq, layihəyə start vermək
üçün əlverişlidir. Maraqlandığınız sahədə fəaliyyət göstərə
bilərsiniz. Yaşam və ya iş yerini dəyişmək üçün münasib zaman
deyil. Kollektiv çalışmaq daha yaxşıdır.
Günün ikinci yarısında yeni şəriklə münasibətlərin detallarını
dəqiqləşdirin. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın. Bununla
belə kimsəni ideallaşdırmayın. İnsanlarda xas olmadıqları
məziyyətləri görməyə can atmayın.
Axşam saatlarını internetdə məlumatlar aramaqla keçirmək də
olar.
Qız - hisslərə uymayın. Absurd təklifləri dərhal rədd edin. Nə
istədiyinizi dəqiqləşdirin, xəyallara qapılmayın. Maliyyə, əmlak
məsələlərində, hətta şəxsi münasibətlərdə anlaşılmaz vəziyyət
yarana bilər.
Günün ikinci yarısında münasibətlərdə qarşılıqlı anlaşmaya və
etimada nail olun. Sinirli davranış, şübhələr təmaslara çox ağır
zərbə vura bilər. Mənasız qısqanclığa heç bir səbəb yoxdur.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı uğur vəd edir. Yaradıcılıq fəaliyyəti ilə
məşğulsunuzsa, yeni zirvələr fəth edə bilərsiniz. Şəxsi
münasibətləri peşəkar problemlərə qatmayın. Emosionallıq cari
durumda yalnız mənasız sədlər yarada bilər.
Günün ikinci yarısında çalışdığınız yerdə aktiv və təşəbbüskar
olun. Vəzifə səlahiyyətlərinizi aşmayın, tapşırıqları vaxtında
yerinə yetirin.
Yaxınlarınızla təmaslarda qayğıkeş və diqqətli olun. Ailə ilə daha
çox vaxt keçirin.
Əqrəb - ötənlərdəki problemlərin çözümünə vararaq vaxtınızı boş
işlərə sərf etməyin. Olanlar sizə mənfi təsir etməməlidir. Yalnız
hərəkət etməyənin səhvlərə yol vermədiyini xatırlayın. Problemlər o
qədər də ağır deyil.
Günün ikinci yarısında əmlak və maliyyə məsələlərində xüsusilə
diqqətli, sayıq davranın.
Yeni biznes layihəyə başlamaq üçün əlverişli zamandır.
Yaxınlarınızla, dəyər verdiyiniz insanlarla söhbətdə gərəkli
sözləri seçin. Qayğıkeş və mərhəmətli olun.
Yalnız belədə məqsədə çata bilərsiniz.
Oxatan - irreal məqsədlərə can atmayın, illüzor hədəflərin əsiri
olmayın. Romantika zamanı deyil. Təfərrüatlarına yaxşı bələd
olmadığınız işə başlamayın.
Gəlir mənbələrini artırmaq imkanları var. Təsadüflərdən yararlanın,
şansları dəyərləndirin.
Günün ikinci yarısında faydalı əlaqələrin sayını artırmaq, yeni
dost və ya tərəfdaş qazanmaq olar. Əks cinsin mənsubu ilə söhbətdə
xüsusilə diqqətli olun. Yeni tanışlıqda tələsəkənliyə yol
verməyin.
Axşam saatlarını sevdiyiniz insana ayırın.
Oğlaq - yaxın ətrafınızdakı insanların sizə təsiri artmamalıdır.
Başqalarının maraqlarını öz istəkləriniz kimi qəbul etməyin. Yaxşı
tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında məqsədə doğru hərəkətin vacibliyi əla
stimula çevriləcək. Maliyyə durumunuzu möhkəmləndirin. Əlavə gəlir
mənbələri əldə etməyə çalışın.
Sevdiyiniz insanlarla münasibətlərdə romantikanı artırın.
Dolça - maraqlarınızın təminatı üçün qətiyyətli və iradəli olun.
Münasibətlərin, əməkdaşlığın perspektivlərini müzakirə edin. İşləri
paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var. İnformasiya məkanı
rəqabət mübarizəsi yerinə çevrilə bilər.
Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün,
hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin.
Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın.
Yeni planı reallaşdırmağa başlamaq olar.
Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.
Balıqlar - qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın.
Danışıqlar və söhbətlər çox olacaq. Problemlərin həllini
primitivləşdirməyin.
Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri
yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar
münasibətlərdə potensialınızdan tam istifadə edin.
Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Axşam saatlarında normal istirahət edin.