"Marneuli" radiosu 19 sentyabr, 2023-cü il tarixi üçün
ulduz falını təqdim edir:
Qoç, 19 sentyabr, 2023-cü il
Müsbət əhval-ruhiyyədə olun.
Günün başlanğıcı narahat və həyəcan dolu keçəcək.
Amma vəziyyət ümumiyyətlə yaxşı olacaq. Erkən təslim olmasanız əla
nəticələr əldə edəcəksiniz. Köhnədən yarım qalmış işlərə qayıda
bilərsiniz. Bu işlərin tamamlanmasında yaxın zamanlarda tanış
olduğunuz insanlar həvəslə kömək edəcəklər.
Liderlik keyfiyyətləriniz bu gün xüsusilə parlaq olacaq və bu,
çoxunun xoşuna gələcək. Fərqli insanlar sizi həvəslə izləyəcək,
təkliflərinizə müsbət cavab verəcəklər. Bu gün yeni dostlar
tapmağınız mümkündür.
Bu dostluq sonradan romantik bir hekayəyə də çevrilə bilər.
Buğa, 19 sentyabr, 2023-cü il
Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Burada intuisiyaya
arxalana bilərsiniz.
İntuisiya ilə pulunuzu düzgün idarə edəcək və sərfəli sövdələşmələr
edəcəksiniz. Uğurlu alış-veriş istisna edilmir. İşdə müsbət
tendensiyaların təsiri nəzərə çarpacaq. Aşa bilmədiyiniz heç bir
çətinlik olmayacaq.
Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Çox şeylə
razılaşacaqsınız, əvvəllər fikir ayrılığına səbəb olan məsələləri
sakit şəkildə müzakirə edəcəksiniz. Ailə tədbirləri yaxşı keçəcək,
dostlarla görüş də xoş olacaq.
Əkizlər, 19 sentyabr, 2023-cü il
Əhəmiyyətli görüşlər yaxşı keçəcək.
Sizə adətən tənqidi yanaşan və yalnız başqalarının
çatışmazlıqlarını görən insanlar belə xoş təəssüratlarını dilə
gətirəcək.
İşlə bağlı yaxşı xəbərlər ola bilər. Qarşınızda cazibədar peşəkar
perspektivlər açıla bilər. Çaşqın olmayın və mümkün qədər erkən
hərəkət etməyə başlayın.
Yaxınlarınızın məsləhətlərinə qulaq asın.
Onlar sizə sakit olmağa, səhv etməməyə, bəzi vəziyyətlərə döz
bilməyə kömək edəcəklər. Günün ikinci yarısı xoş sürprizlər vəd
edir.
Xərçəng, 19 sentyabr, 2023-cü il
Şərait nə olursa olsun, sakit olmağa çalışın. Bu gün planlarınızı
dəyişdirməyi tələb edəcək gözlənilməz hadisələr və ya xəbərlər ola
bilər.
Bunu sakit qəbul etməyə çalışın və narahat olmayın.
Müsbət tendensiyaların təsiri kifayət qədər güclü olacaq. Buna görə
də mütləq uğur qazanacaqsınız.
Qohumlar fikirlərinizi həvəslə dəstəkləməklə yanaşı, həm də öz
fikirlərini bölüşəcəklər.
Maraqlı təkliflər istisna deyil. Çox düşünmədən onlarla
razılaşacaqsınız və peşman olmayacaqsınız.
Şir, 19 sentyabr, 2023-cü il
Böyük uğurlara və məqsədlərə tez çatacağınızı ümid
etməməlisiniz.
Bu gün qarşınıza böyük problemlər çıxacaq. Müstəqil şəkildə hərəkət
etməlisiniz.
Hər zaman yanınızda olan müttəfiqləriniz belə sizə kömək edə
bilməyəcək.
Çox çalışmalı olacaqsınız, ancaq bütün sınaqların öhdəsindən
layiqincə gələcəksiniz. Bu diqqətdən kənarda qalmayacaq. Əvvəllər
sizdən şübhələnən insanlar nə qədər səhv etdiklərini
anlayacaqlar.
Gün faydalı işlərlə dolu olacaq. İstirahət üçün də vaxt tapmağa
çalışın. Bu gün narahatlıqlardan qurtulmaq və xoş bir iş görmək
imkanı var.
Qız, 19 sentyabr, 2023-cü il
Bu gün görüləsi işlər çox olacaq.
Amma tələsməyin. İntuisiyanız vasitəsilə, ilk növbədə nəyi həll
edəcəyinizi və nəyin bir müddət təxirə salına biləcəyini müəyəyn
edə biləcəksiniz.
İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür.
Əvvəllər sizə dəstək olmaq istəməyən insanlar fikirlərini dəyişəcək
və kömək təklif edəcəklər. Gün çox faydalı olacaq.
Pulla ehtiyatlı olmaq lazımdır. Ehtiyacınız olmayan heç nəyə pul
xərcləməyin. Bu aralar əyləncəyə də pul xərcləmək tövsiyə
edilmir.
Maliyyə məsələlərində diqqətli və ciddi olun.
Tərəzi, 19 sentyabr, 2023-cü il
Bu gün təkbaşına həll etməli olduğunuz vacib və çətin işlər
olacaq.
Heç kim köməyinizə gəlməyəcək. Heç kim sizə faydalı məsləhətə
verməyəcək.
Buna baxmayaraq, siz təkbaşına bütün işlərin öhdəsindən
gələcəksiniz.
Bunun üçün kifayət qədər təcrübəniz və biliyiniz var. Uğurlu
təsadüflər ehtimal olunur, onların sayəsində biznesdə
nəzərəçarpacaq irəliləyiş əldə edəcəksiniz.
Günün ilk yarısında yaxınlarınızla anlaşmaq asan olmayacaq.
Xırda məsələlərdə fikir ayrılıqları yarana bilər. Ancaq mübahisələr
yaranmayacaq.
Günün sonunda qarşılıqlı anlaşma bərpa olunacaq, ünsiyyət müsbət
emosiyalar gətirəcək.
Əqrəb, 19 sentyabr, 2023-cü il
Səhər ruhlandırıcı xəbərlər alacaqsınız.
Əhvalınız dərhal yaxşılaşacaq. Özünüzü vacib və çətin bir işin
öhdəsindən gəlməyə hazır hiss edəcəksiniz. Tezliklə ilk uğurları
əldə etmək mümkün olacaq. Yaxınlıqda sizə kömək etməyə hazır olan
çoxlu insan olacaq. İntuisiya etibar edə biləcəyiniz müttəfiqləri
seçməyə kömək edəcək.
Günortadan sonra ev işlərinə zaman ayırmalı olacaqsınız. Onlar çox
vaxtınızı almayacaq. Ehtiyacınız olarsa, yaxınlarınız həvəslə kömək
edəcəklər. Dostlarınız və ya sevdiyiniz biri ilə görüş üçün çox
uğurlu gündür.
Oxatan, 19 sentyabr, 2023-cü il
Günün əvvəlində diqqətli olmalısınız. Hər şey istədiyimiz kimi
alınmayacaq.
Bu gün üçün olan bütün planlarınızı həyata keçirmək mümkün
olmayacaq. Ancaq planlaşdırdığınızdan əl çəkməsəniz, uğur
qazanmağın bir yolunu mütləq tapacaqsınız.
Risk etməməyə və qərarlar verməkdə tələsməməyə çalışın.
Günün ikinci yarısı peşəkar problemlərin həllində uğur vəd edir.
Əvvəllər çox çətin görünən bir işi bu gün çox rahatlıqla həll edə
biləcəksiniz
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından da əlverişli
olacaq. Göstərdiyiniz təşəbbüslər sizin üçün çox faydalı
olacaq.
Oğlaq, 19 sentyabr, 2023-cü il
Həssas Oğlaqlar üçün günün başlanğıcı çətin keçəcək. Belə olan
halda isə, çətin ki, sakit dayana biləsiniz. Başqa vaxt diqqət
etmədiyiniz kiçik şeylərdən belə narahat ola bilərsiniz.
Yaxınlıqda kömək və dəstək verməyə hazır olan insanlar olacaq.
Onlarla əlaqə saxlamaqdan çəkinməyin.
Günün ikinci yarısı əlverişli olacaq. Mürəkkəb problemlərin
həllinin öhdəsindən gələcək, ümid etmədiyiniz yerdə belə uğur
qazanacaqsınız. Nağd pul daxilolmaları, uğurlu əməliyyatlar və
alışlar ehtimal olunur.
Dolça, 19 sentyabr, 2023-cü il
Uğurlu səfərlər və uğurlu danışıqlar ehtimalı var. Vəziyyət yaxşı
olacaq, amma əhəmiyyətli qələbələr qazanmaq üçün səy
göstrəməlisiniz.
Uzun müddətdir can atdığınız şeyə nail olmaq şansını əldən
verməyin. Səyləriniz boşa çıxmayacaq.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür.
Hətta qızğın mübahisələr də istisna deyil. Kəskin münasibətləri
yoluna qoymağa çalışırsınız. Səyləriniz dərhal olmasa belə, nəticə
verəcək.
Fikirləriniz dərhal hər kəsi sevindirməyəcək. Lakin onlar haqqında
daha ətraflı danışsanız, insanların fikrini dəyişə bilərsiniz.
Axşam romantik sürprizlər vəd edir.
Balıq, 19 sentyabr, 2023-cü il
Günün başlanğıcı olduqca stresli ola bilər. Ola bilsin ki, kimsə
sizin tarazlığınızı pozmağa çalışsın.
Sizə qarşı hazırlanan təxribatlara tab gətirmək kimi
məcburiyyətiniz yoxdur.
Kiminsə sizə tətbiq etməyə çalışdığı qərarları deyil, öz
qərarlarınızı verməyə çalışın. Müsbət tendensiyaların təsiri
tezliklə artacaq.
Özünüzü nisbətən sakit və inamlı hiss edəcəksiniz.
Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Yaxınlarınızla
biznes və planları müzakirə etmək, dostlarınızla sizi maraqlandıran
mövzular haqqında danışmaq fürsəti olacaq. Xoş xəbərlər, maraqlı
təkliflər gözlənilir.