"Marneuli" radiosu bu günün qoroskopunu təqdim
edir.
Qoç - peşəkar fəaliyyət müstəvisində ehtiyatlı
olun. Həllini gözləyən problemlər asan deyil. Diqqətsizlik ciddi
səhvlərə səbəb ola bilər. Rəqiblərlə bədxahlar yanlışlıqlarınızdan
yararlanacaqlar. Buna rəvac verməyin. Yardım, dəstək gözləməyin.
Müstəqil çalışın, kimsədən kömək gözləməyin.
Günün ikinci yarısında mühüm məsləhətləri qulaqardına vurmayın.
Yaşlı qohumların sizə ünvanladıqları tənqidlər sərt olacaq. Onlar
aqressiv
davrana da bilərlər. Sərtliyə sərtliklə cavab verməyin.
Təmkinli, soyuqqanlı olun. Səyləriniz hədər getməsin.
Yalnız həddən artıq böyük ehtiyac olarsa, səfərə yollanın.
Ehtiyatlı olun.
Axşam saatlarında diqqətli davranın.
Buğa - günün ilk yarısında işdə uğurlar olacaq. Bu
nailiyyətləri görməmək mümkün deyil. Lakin həqiqət budur ki,
uğurlarınız barədə dostlarla bahəm, bədxahlar və düşmənlər də xəbər
tutacaqlar. Paxıllıq hissi onları sizə qarşı məkrli planlar
qurmağa, fitnəkarlıq etməyə vadar edə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq.
Bədxahlarla rəqiblər sizə heç nə edə bilməyəcəklər. Yaxınlarınızla
münasibətlərin harmonik olmasına çalışın. Romantika, macəra
arayırsınızsa, potensial riskləri təxminləməyə çalışın.
Yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Problemlərin
yaranmasına səbəb olmayın.
Əkizlər - günün ilk yarısında peşəkar fəaliyyət
müstəvisində müsbət dəyişikliklər istisna deyil. Gün məhsuldar
olacaq. Qüvvə və enerjinizi mənasız işlərə sərf etməyin. İşlə bağlı
görüş keçirə bilərsiniz. Birgə çalışdığınız insanın niyyətlərini və
planlarını anlamağa çalışın.
Günün ikinci yarısında işgüzar səfərə yollanmaq olar. Uzaqdakı
insanlarla təmaslar faydalı ola bilər. Romantik hisslərə
aldanmayın. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Həddən
artıq çalışmaq səhhətiniz üçün faydalı deyil.
Özünüzü qoruyun.
Xərçəng - məsuliyyətdən qurtulmağa çalışmayın.
İşləri başqalarına həvalə etməyin. Belədə proses daha da ağırlaşa
bilər. Bu yaxınlarda sizə nələrsə vəd edən, sadiq dostlar
olduqlarını söyləyən insanlar, deyəsən, mövqelərini və fikirlərini
dəyişiblər. Həmin adamlar indi dostlardan daha çox bədxahlara
bənzəyirlər.
Günün ikinci yarısında rəqiblər sizə qarşı yeni planları
reallaşdırmağa çalışacaqlar. Əsəblər gəriləcək. Ən kiçik məsələ,
xırda problem səbr kasanızı daşdıra bilər. Sevdiyiniz insanla ciddi
fikir ayrılığının yaranması istisna deyil.
Axşam saatlarında normal istirahət edin.
Şir - günün ilk yarısı hadisələrlə zəngin olacaq.
Narahatlıq və ya nigaranlıq istisna deyil. Problemlərin həllinə
yaradıcı yanaşın, orijinal variantları seçin. Emosional durumunuzun
pozulmasına imkan verməyin.
Peşəkar fəaliyyətinizdə qarışıqlıq və anlaşılmazlıqları aradan
qaldırın. Tərəfdaşlarla, şəriklərlə təmaslarda qayğıkeş, səmimi
olmağa çalışın. İşdə rəhbərlikdən uzaq durun. Nigaranlıqdan
qurtulmaq üçün bu yetər.
Günün ikinci yarısında yaşlı qohumlar xoşagəlməz "sürpriz"lərə
səbəb ola bilərlər. Yaşananlara həddən artıq kəskin reaksiya
verməyin. Münaqişə və ya anlaşılmazlıqlar çətinlikləri daha da
artıracaq. Axşam saatları romantik münasibətlər baxımından pis
deyil. Sevdiyiniz insanla ünsiyyət qarşılıqlı anlaşmanı gücləndirə
bilər.
Ətraflı
Qız - günün ilk yarısı pozitiv başlayacaq. Peşəkar
fəaliyyət müstəvisində ciddi uğurlara nail ola bilərsiniz. Saatlar
keçdikcə situasiya ağırlaşacaq. Nüfuzlu insanlarla ciddi fikir
ayrılıqları və ixtilaflar yaranacaq. Dediyiniz sözlərə fikir verin.
Önəmli şəxslərlə bağlı açıqlamalarınızda sayıq olun.
Günün ikinci yarısında diplomatik istedadınızı işə salın. Hiyləgər
və fəndgir olun. İşlərin çox olması sizi qorxutmasın. Problemlərin
öhdəsindən gələcəksiniz. Çoxdan bəri sizi narahat edən məsələnin
çözümünə başlayın.
Yaranan imkanlardan faydalanın.
Tərəzi - aldığınız məlumatlara və eşitdiyiniz
xəbərlərə dərhal inanmayın. Bu informasiyaları yoxlamağa tənbəllik
etməyin. Belədə səhvlərdən qurtula bilərsiniz. Bütün diqqəti işə
yönəldin. Peşəkar fəaliyyət müstəvisindəki problemləri qulaqardına
vuraraq vaxtınızı şəxsi işlərə həsr etməyin.
Günün ikinci yarısında ailədə problemlər yarada bilər. Sevdiyiniz
insanla münasibətləri sərinləşdirməyin. Başqasının zəifliklərinə və
nöqsanlarına dözüm qarşılıqlı anlaşmanı sürətləndirəcək.
Uzunmüddətli planlar qurmağa dəyməz. Onları dəyişmək zərurətində
qala bilərsiniz.
Vədlər verməyin.
Əqrəb - romantik olmayın, illüziyalara qapılmayın.
Saatlar keçdikcə maraqlı işlər artacaq, macəra riski güclənəcək.
Məntiqli və soyuqqanlı davransanız, işlərinizdə uğurlara nail
olacaqsınız. Şəxsi həyatınızla bağlı mühüm, vacib qərar qəbul
etməzdən əvvəl yaxşıca düşünüb-daşının.
Günün ikinci yarısında imkanlarınızı olduğundan artıq
dəyərləndirməyin. Tərəfdaş və müttəfiqlərinizə ağır iradlar
ünvanlamayın. Yaxınlarınızla münasibətlərdə harmoniyanı qoruyun.
İnam, etimad və qayğıkeşlik emosional durumunuza təsir edəcək.
Axşam saatlarını əzizlərinizə həsr edin.
Oxatan - günün ilk yarısında önəmli qərar qəbul
etmək olar. Məsləhət verənlər çox olacaq. Kimə qulaq asacağınıza
qərar verin. İntuisiyanız dumanlı nişanələri izhar edir. Çaş-baş
qalmayın, çaşqın davranmayın. Qətiyyətli, aktiv olun. Yeni layihədə
və ya işdə potensial itkiləri minimuma endirən variantı seçin.
Günün ikinci yarısında itkilər istisna deyil. Ötənlərdə müəmmalı
şəkildə "yoxa çıxan" əşya tapılacaq. Oxşar təmayül şəxsi
münasibətlərdə də müşahidə ediləcək. Sizi tərk etmək qərarına gələn
insan az sonra yanlış addım atdığını anlayacaq, səhv edəcək.
Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru inamla
irəliləyin. Şirin vədlərə aldanmayın, təxribat qurbanı olmayın.
Ciddi olun. Səylərinizi müəyyənləşdirin. Diqqətli və sərvaxt
davransanız, rəqibləri üstələmək, bədxahları geridə qoymaq şansları
artacaq. Şübhəli təsir bağışlayan insanlarla əlaqələri minimuma
endirin. Etibarlı, sizə loyallığını dəfələrlə sübut etmiş şəxslərlə
isə əksinə, ünsiyyəti aktivləşdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq.
Hazırladığınız planları reallaşdırmağa tələsin. Yaxın ətrafınızdakı
insanlarda fikir ayrılıqları və mübahisələrə son qoyun. Dəyər
verdiyiniz insanda özünüzə olan rəğbəti artırın.
Dolça - mənfi təmayüllərin təsiri güclənəcək.
Diqqətli olun, sayıq davranın. İşdə həmkarlarınızla münasibətlərdə
problemlər yarana bilər. Rəhbərlik sizi sərt tənqid edəcək. Bu və
ya digər addımı atanda, qərar qəbul edəndə hansı motivlərə
əsaslandığınızı açıqlayın. Əks təqdirdə yaxın ətrafınızdakı
insanlar inciyəcəklər.
Günün ikinci yarısında uğura inamınızı itirməyin. Şərtlər
əlverişsiz, situasiya ağır olarsa, bədbinliyə qapılmayın, ruhdan
düşməyin. Alış-verişdə bədxərclik etməyin. Spontan şəkildə nə isə
almayın.
Balıqlar - yaradıcılıq potensialınız yüksəkdir. Bu
yaşamınızın ən müxtəlif sahələrinə müsbət təsir edəcək. Peşəkar
fəaliyyət sahəsində irəliləyişlər, sevdiyiniz insanla
münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Səy və vaxtınıza
simiclik etməsəniz, yaxşı nəticələrə nail ola bilərsiniz.
Günün ikinci yarısında bacarıq və istedadlarınızı nümayiş etdirin.
Təcrübənizdən yararlanmaq üçün ələ düşən imkanlardan istifadə edin.
Yeni layihə və ya işi müzakirə edə bilərsiniz. Çoxdan bəri sizi
narahat edən problemin qəfil, qeyri-adi həllini aşkarlamaq
olar.