19 yaşlı qızı evlənmək məqsədi ilə qaçırblar
Kaxetidə,
Yormuğanlı kəndində 19 yaşlı qızı evlənmək məqsədi ilə
qaçırıblar.
Bu
haqda “İvrisi” radiosu öz mənbələrinə istinadən
yazır.
12-ci sinif şagirdini öz qohumu evlənmək məqsədi ilə qaçırıb.
Qaçırılan qız məktəbdən qayıdıbmış və evdə tək imiş. Bu məlumatı
“İvrisi” radiosuna qızın qohumları təsdiq ediblər. Radio yazır ki,
qaçırılanın ailəsi artıq polisə müraciət edib.
"Marneuli" radiosu DİN-lə məlumatı dəqiqləşdirmək üçün əlaqə
saxladı.