Qaracalar kəndində bir neçə gün əvvəl öldürülmüş 19 yaşlı gəncin ailəsi və yaxınları qətldə ittiham olunanın ailəsinin və qohumlarının kənddən çıxarılmasını tələb edirlər

Telavi bələdiyyəsinin Qaracalar kəndində bir neçə gün əvvəl öldürülmüş 19 yaşlı gəncin ailəsi və yaxınları aksiya keçirirlər.

Onlar qətldə ittiham olunanın ailəsinin və qohumlarının kənddən çıxarılmasını tələb edirlər. Aksiyanın keçirildiyi əraziyə polis səfərbər olunub.

Öldürülənin atası Radim Qurbanovun sözlərinə görə, onun evladının öldürülməsi 10 il əvvəl baş vermiş bədbəxt hadisə ilə əlaqədardır.

“Biz buraya toplanmışıq və tələb edirik ki, ailə və bütün onun nəsili bu kənddən köçsün. 10 il əvvəl mənim oğlum 9 yaşında olanda, atamla birgə çobanlığa gedibmiş və orada tüfəngimiz var idi. Bu qatilin qardaşı götürüb və təsadüfən atəş açıb və nəticədə yerindəcə dünyasını dəyişmişdi. Ekspertiza və polis bizi düşünmədi, atam həbsxanada oturdu. İndi bunlar evladımı öldürdülər, dayanmayacaqlar və biz də dayanmayacağıq. Polisə təslim olub və bu yetərli deyil. Onların evlərini yandıracağıq” - deyir öldürülən gəncin atası Radim Qurbanov.

Qətl cümə günü baş verib. İstintaq 108-ci maddə ilə gedir və maddə qəsdən adamöldürməni nəzərdə tutur. Polis günahkarı baş verən hadisədən bir neçə saat sonra həbs edib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google