Marneulidə narkotik cinayyət ilə bağlı bir nəfəri həbs ediblər
Marneulidə hüquq mühafizəçiləri bir nəfəri narkotik cinayət üçün saxlayıblar. Saxlanılan şəxsin yaxınlarının sözlərinə görə onun üzərinə narkotik vasitəni hüquq mühafizəçiləri qoyublar. Məhz buna görə yerli əhali polis əməkdaşlarına vətəndaş Əfəndiyevi həbs etməyə imkan vermirmiş. Bu haqda məlumatı tele şirkət “Rustavi 2” yayımlayır və yazır ki, yerində hüquq mühafizəçilərinin bir neçə qrupu səfərbər olunub.

Sonunda onu polis şöbəsinə aparıblar. DİN-in məlumatına görə saxlanılan şəxs Cinayyət Məcəlləsinin 260-cı maddəsi ilə ittiham olunur. Maddə narkotik əldə edilməsi-saxlanılmasını nəzərdə tutur.

“Nəisə gətirdilər və dedilər ki, bunu saxla. Nə idi heç onu da bilmirik. Maşında heç nəyi yox idi, niyə saxlayıblar? Bilmirik nə baş verir, heç nə demirlər. Artıq 4 saatdır buradayıq. Hələ ki, vəkilə də içəri daxil olmağa imkan vermirlər” – saxlanılanın yaxını bildirir.



Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google