Barselonada 25 nəfər Gürcüstan vətəndaşını oğurluq faktı ilə bağlı həbs ediblər
DİN-in məlumatına görə cari ilin 4 aprel tarixində İspaniyanın Barselona şəhərində gürcü hüquq mühafizəçilərinin iştirakı ilə aparılan geniş miqyaslı, “Merin-Taka” adlı xüsusi əməliyyat keçirilib. Əməliyyatda 250 nəfər hüquq mühafizəçisi iştirak edib.

Polisin bəyanatına görə xüsusi əməliyyat nəticəsində müxtəlif ölkələrdən 100-dən artıq vətəndaş həbs olunub. Onların 25 nəfəri Gürcüstan vətəndaşıdır. Onlar yaşayış evlərinin qarət edilməsi və təşkilati qrup üzvlüyündə ittiham olunurlar.

Bundan əlavə inzibati qayda ilə immiqrasiya qaydalarını pozduğuna görə 41 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Xüsusi əməliyyat Barselonada yerləşən keçmiş məktəb binalarından birində keçirilib. Onun bir hissəsini criminal qrup üzvləri qanunsuz zəbt edibmiş. Qeyd olunan tədbirlərlə yanaşı hakimin hökmü əsasında eləcə də həmin binada qanunsuz yerləşmiş bütün başqa şəxslərin çıxarılması proseis həyata keçirilib.

Hakimin hökmü əsasında hüquq mühafizəçiləri saxlanılanların evində axtarış aparıblar və nəticəsə sübut olaraq cinayət yolu ilə əldə olunmuş oğurluq əşyalar və böyük miqdarda pul aşkar ediblər.

İstintaqla müəyyən edilib ki, criminal qrup üzvləri mənzilləri əvvəlcədən seçirmişlər, seçilən obyekt haqqında axtarıb məlumatları əldə edirlərmiş və daha sonra təşkil edilmiş şəkildə oğurluq faktını həyata keçirirlərmiş”
– DİN-dən bildiriblər.

Saxlanılan 25 nəfər Gürcüstan vətəndaşı İspaniyanın CM-nin 237-ci, 570-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə ittiham olunurlar. Maddələr İspaniya Krallığı ərazisində törədilmiş mənzil oğurluğu və criminal-cinayətkar qrupa üzvlüyü nəzərdə tutur.

“Qeyd edilməlidir ki, cinayətin aşkarlanması, yuxarıda qeyd olunan təşkilati qrup üzvlüyünün, eləcə də onların əlaqələrinin müəyyən edilməsi və əməliyyatın planlaşdırılması məqsədi ilə Barselonada aparılan geniş miqyaslı xüsusi əməliyyat İspaniya və Gürcüstanda, İspaniya Krallığının Milli polisi və Gürcüstanın DİN-nin Mərkəzi Kriminal Polis Departamentinin apardığı bir illik operativ-istintaq işləri nəticəsində həyata keçirilib.

Xatırladaq ki, DİN-in əsas üstünlüklərindən biri beynəlxalq şəkildə təşkil edilmiş cinayətlərlə mübarizədir”
– DİN-dən bildiriblər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: კრიმინალი
FaceBook Twitter Google