Sarpda Türkiyəyə 1139 ədəd qol saatını gizlin aparmaq istəyən şəxs saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Sarp gömrük buraxılış məntəqəsində avtomobildə qurulmuş xüsusi gizlin yerdə Gürcüstandan gömrük nəzarətindən gizlin Türkiyə Respublikasına bəyan edilməmiş 1139 ədəd qol saatı aparmaq istəyən şəxs saxlanılıb. Saatların ümumi dəyəri 17 199 larini təşkil edir.

İstintaq Xidmətinin məlumatına görə istintaq Gürcüstan CM-nin 214-cü maddəsinin birinci hissəsi ilə gedir.

Maddə cəza olaraq 3-dən 5 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.



Mənbə: Batumelebi
Print ელ. ფოსტა
თეგები: კრიმინალი
FaceBook Twitter Google