Sərhəd polis əməkdaşları sərhəd sektoru
“Qırmızı Körpü” ərazisində aparılan əməliyyat nəticəsində Gürcüstan
vətəndaşı – 1994-cü il təvəllüdlü N.B. və 1993-cü il təvəllüdlü
Q.N.
Gürcüstan Dövlət Sərhəddini qrup şəklində
qanunsuz keçdiyinə və gömrük nəzarətindən yan keçməklə böyük
miqdarda daşınan əmlakın Gürcüstana qanunsuz şəkildə daxil edilməsi
ittihamı ilə saxlanılıb.
Cinayətin təsdiqləndiyi halda onların hər ikisini 8-dən 11 ilə
qədər həbs cəzası gözləyir.
İstintaqın məlumatına görə müttəhimlər Gürcüstan-Azərbaycan dövlət
sərhəddini sərhəd nəzarət aparatından keçmədən, qanunsuz olaraq
keçiblər. DİN-in bəyanatına görə hüquq mühafizəçiləri
saxlanılanların yoxlayışı zamanı 4710 qutu aksizsiz siqaret aşkar
ediblər.
İstintaq Gürcüstan CM-nin 344-cü maddəsinin 2-ci hissəsinin a
altbəndi, 214-cü maddəsnin 1-ci hissəsi və 5-ci hissəsinin d
altbəndi ilə gedir.