Amansızca törədilmiş qətlin yeni təfərrüatları məlum olub
Muxran kəndində baş vermiş qətl hadisəsinin yeni təfərrüatları məlum olub.
Yerlilər qətlin təxmini səbəbindən danışırlar və bildirirlər ki, səbəb cinsi zorakılıq ola bilər.

Məlumata görə, anasına cinsi zorakılıq etdiyi üçün nəvə babasından qisas alıb. Qeyri-rəsmi məlumata görə, isə zorakılıq illər ərzində davam edirmiş.

Qonşular deyir ki, ata və babasını öldürən gənc kişi qətl hadisəsi törətdiyinə görə məhkum olunub və bir neçə ay əvvəl həbsxanadan çıxıb.

Xatırladaq ki, Mtsxeta bələdiyyəsinin Muxrani kəndində gənc kişi ata və babasını öldürüb. Cinayəti törətdikdən sonra isə qonşunun maşınını oğurlayaraq qaçıb. Hadisə iki gün əvvəl baş verib. Qeyri-rəsmi məlumata görə, 30 yaşa qədər kişi ata və babasının başını yuxuda olan zaman kəsib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google