Ağmaşenebelidə baş vermiş qarşıdurma ilə bağlı istintaq aparılır

Daxili İşlər Nazirliyi 22 sentyabr tarixində Tbilisidə, Ağmaşenebeli prospektində gecə saatlarında baş vermiş qarşıdurma ilə bağlı istintaqa başlayıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Netgazeti”-yə verilən məlumata görə, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə zorakılığı nəzərdə tutur.

Törədilmiş cinayətə görə 1 il müddətinə həbs cəzası, yaxud 6-12 ay müddətinə ev həbsi, cərimə və ya 120-180 saat ictimaiyyət üçün faydalı əmək nəzərdə tutulur.

Qarşıdurmadan sonra hadisə yerinə altı patrul polis ekipajı və 2 təcili yardım maşını səfərbər edilib.

İlkin məlumata görə, ağır xəsarət alan olmayıb.

“Netgazeti”-nin ilkin məlumatına əsasən qarşıdurma 4-5 içkili vətəndaşın restoranlardan birinə girmək istəməsinə görə baş verib.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google