Ətraf Mühit və Kənd Təsərrüfatı nazirlitinin Ətraf Mühitə
Nəzarət
Departamentinin əməkdaşları tərəfindən 2022-ci il sentyabrın 1-dən
30-dək olan müddətdə meşələrdən qanunsuz istifadə ilə bağlı 209
fakt aşkar edilib.
Bunlardan 154 fakt qanunsuz taxta-şalban hasilatı və daşınması, 55
faktı isə qanunsuz mişar və sexlər tərəfindən texniki qaydaların
pozulması faktlarıdır. Qanun pozuntularının 17-də cinayət
tərkibinin əlamətləri var.
Ən çox
- 48 qanunsuz ağac hasilatı və daşınması faktı Kaxeti
Regional Bölməsinin əməliyyat ərazisində aşkar edilib. İmeretidə
26, Sameqrelo-Zemo Svanetidə 18, Samtsxe-Cavaxetiyada 18,
Acarıstanda 11, Şida Kartlidə 11, Mtsxeta-Mtianetidə 7, Kvemo
Kartlidə 6, Raça-Leçxumidə 6, Quriyada 3 qayda pozuntusu qeydə
alınıb.
Ümumilikdə qanunsuz yığılmış 388 kubmetrdən çox taxta-şalban
çıxarılıb.
Həmin dövrdə mişar zavodunda 50 texniki reqlamentin pozulması faktı
qeydə alınıb. Həmçinin 5 ədəd dövlət qeydiyyatı olmayan mişar
dəyirmanı yığışdırılıb.
Əlavə münasibət bildirilməsi üçün materiallar aidiyyəti qurumlara
göndərilib.
Mənbə:
inforustavi.ge