Telavi rayon məhkəməsi təqsirləndirilən şəxsi ağırlaşdırıcı
şəraitdə qrup halında qəsdən adam öldürmə faktı üzrə təqsirli
bilib.
O, 17 il müddətinə azadlıqdan məhrum edilib.
“2023-cü il yanvarın 18-də Qurcaani rayonunun Velisçixe
kəndində təqsirləndirilən şəxsin evində 2 nəfərin keçmişdə baş
vermiş münaqişə zəminində qisas məqsədi ilə zərərçəkmişə bədən
xəsarətləri yetirmələri təsdiqlənib. Təqsirləndirilən şəxslər
mərhumu öldürmək niyyəti ilə, küt əşyalardan istifadə edərək ağır
yaralayıblar. O, hadisə yerindəcə keçinib.
Bundan sonra cinayətkarlar qətlə yetiriləni Velisçixedə, suvarma
kanalının yaxınlığında yerləşən quyuda basdırıblar. Həmçinin
cinayəti törədən şəxslər qətlə yetirilən şəxsə məxsus mobil
telefonu ələ keçiriblər.
İş üzrə aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində meyit
2023-cü il mayın 25-də quyudan tapılıb.
Cinayəti törətmiş 1 nəfərə isə ağırlaşdırıcı şəraitdə qrup halında
qəsdən adam öldürmə və oğurluq etmə faktları üzrə ittiham elan
edilib. Telavi Rayon Məhkəməsi onu təqdim olunan ittihamlar üzrə
tam təqsirli bilib.
İkinci təqsirləndirilən şəxsə gəlincə, o, həm də ağırlaşdırıcı
şəraitdə qəsdən adam öldürmə və qrup halında törədilmiş oğurluq
maddələri ilə ittiham olunub. Onun barəsində olan cinayət işinə
mahiyyəti üzrə baxılması Telavi Rayon Məhkəməsində davam
etdirilir”, - Prokurorluqdan bildirilib.