Xüsusi İstintaq Xidmətinin məlumatına görə, gənc qadının
qaçırılmasında iştirak edən 2 polis saxlanılıb.
“Xüsusi İstintaq Xidmətinin əməkdaşları Daxili İşlər
Nazirliyinin Sərhəd Polisinin iki əməkdaşını nikah məqsədilə
qanunsuz olaraq azadlıqdan məhrum etmə faktı üzrə saxlayıblar.
İstintaq müəyyən edib ki, vətəndaş M.K. 23 yaşlı qızı evlənmək
məqsədilə qaçırmaq niyyətində olub. 25 may 2024-cü il tarixində
Mestia şəhərinin Çar Tamar küçəsində Sərhəd Polisi Bölməsinin 2
müfəttişinin köməyi ilə zərərçəkmişi zorla avtomobilə mindirərək
qaçırıb”, - Xüsusi İstintaq Xidmətinin məlumatında
deyilir.
Qeyri-qanuni azadlıqdan məhrum etmə ilə əlaqədar olaraq, polis
əməkdaşları Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü
hissəsinin “A” bəndində nəzərdə tutulmuş cinayəti törətdiklərinə
görə, Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.
Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.