Doqquz il əvvəl Tbilisidə Gürcüstanlı iş adamını qətlə yetirən
Azərbaycan vətəndaşı Fərid Qurbanov saxlanılıb.
Oxu.Az bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, Fərid Qurbanov İstanbulda saxlanılıb.
O, "Tısbağa gölü" kompleksinin keçmiş sahibi Beso Xardzianini qətlə
yetirməkdə təqsirli bilinir. İstintaq müəyyən edib ki, Fərid
Qurbanov təkbaşına hərəkət etməyib, ona Rusiya vətəndaşı Oleq Doyev
adlı şəxs kömək edib. Onların hər ikisi eyni gündə Gürcüstandan
Türkiyəyə keçiblər.
Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında Fərid Qurbanov
İstanbulda saxlanılıb. Fərid Qurbanovun Gürcüstana ekstradisiya
ediləcəyi bildirilir. Cinayətdə iştirak edən digər şəxs
Oleq Doyevə
gəlincə, o, beynəlxalq axtarışdadır.