Bolnisi rayonunda toyda dava düşüb, nəticədə 9 nəfər
bıçaqlanıb.
Məlumata görə, hadisə 24 noyabr tarixində, Dəllər kəndində baş
verib.
Kənd sakinlərinin sözlərinə görə, Dəllər və Darvaz kəndlərinin
gəncləri arasında mübahisə yaranıb.
Daha sonra mübahisə kütləvi davaya səbəb olub və nəticədə 7 nəfər
Dəllər, 2 nəfər isə Darvaz kənd sakini olmaqla, ümumilikdə 9 nəfər
bıçaqlanıb.
Kənd sakinlərinin
dediyinə görə, Dəllər kəndində baş vermiş
bıçaqlanma nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. 5 nəfər
xəstəxanadan artıq evə buraxılıb. 2 nəfər Bolnisi xəstəxanasında
müalicə alır. Bir nəfərin vəziyyəti ağır olduğundan onu əvvəlcə
Marneuliyə daha sonra isə Tbilisiyə aparıblar.
Hadisənin baş verdiyi Dəllər kəndinə polis səfərbər edilib və
araşdırma aparılır.
“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən təfərrüatları
öyrənməyə çalışır.
Material yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415