Laqodexi bələdiyyəsinin Qabal kəndində, yeni qəbiristanlığın
yaxınlığında 40
yaşlarına yaxın bir kişinin cəsədi aşkar edilib.
“Mtavari Arxi”nin yerli sakinlərə istinadən verdiyi məlumata görə,
kişi qəbiristanlıqda işləyirmiş və ehtimal olunur ki,
öldürülüb.
Yerli sakinlərin sözlərinə görə, mərhum bir neçə ay əvvəl kənd
sakinlərinin bir qismi ilə münaqişə yaşayıb, bundan sonra yoxa
çıxıb. Onun ailəsi itkin düşmüş şəxsi hələ də axtarırdı.
Yerli mənbələrin bildirdiyinə görə, bir neçə gün əvvəl əvvəlcə
kişinin telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə onun
cəsədi qəbiristanlığın yaxınlığında aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma başlayıb, lakin
hələlik rəsmi məlumat
yayılmayıb.