"Aktual mövzu" verilişi – “Sifəti gizlənmiş gəlin”, - etnik azərbaycanlıların məlumatsız seçimi
12:09 / 26.11.2018
Gürcüstanın tarixində ilk dəfə, prezident
seçkilərinin ikinci turu baş tutacaq.Siyasi partiyalar və namizədlər seçki qabağı
kampaniya aparırlar. Hakimiyyət partiyasının nümayəndələri və
müxalif namizədin dəstəkçiləri də bütün Gürcüstan miqyasında kənd
və şəhərləri gəzirlər, baner və posterləri dəyişirlər. Sosial
şəbəklərdə bu və ya digər partiyanın pis tərələri haqqında danışan
müxtəlif videolar yayımlanır. Seçkiqabağı təbliğat Marneulidə də
aktiv şəkildə gedir.
Bu gün, çalışacağıq ki, Marneuli bələdiyyəsində seçicilərin nə
dərəcədə məlumatlı olması, namizədlərin baxışları haqqında nəsə
bilib bilmədikləri ilə bağlı danışaq. Partiyalar Marneuli
seçicilərinə hansı vədləri verirlər və siyasi subyektlər etnik
olaraq azərbaycanlı əhalinin siyasi həyata qoşulmasını
genişləndirməyə necə cəhd göstərirlər.
Seçkilərin birinci turunun gedişatı zamanı İmir 59 saylı seçki
məntəqəsində birləşmiş müxalifət və “Gürcü Arzusu”nun dəstəkçilərii
bir-biri ilə sözlə və fiziki olaraq qarşıdurmaya çıxıblar. Bu fakt
nətcəsində hüquq mühafizəçiləri iki nəfəri polis şöbəsinə aparıb.
Demək olar ki, kəndin bir hissəsi “Milli hərəkatı” digər hissəsi
isə “Gürcü Arzusu”nu dəstəkləyir. Məhz buna görə də qərar verdik
ki, bu kənddə yerlilərin nə dərəcədə məlumatlı seçim etdiyini
öyrənək.
Prezidentliyə namizədin siyasi keçmişi, onların gələcək baxışları,
strategiyası, dəyərləri və prioritetli məsələlər vətəndaşların
seçimini müəyyən edir. Daha dəqiq, müəyyən etməlidir, amma
Marneulinin kəndlərində iş başqa cürdür.
İmir əhalisinin əksəriyyəti Salome Zurabişvili və Qriqol Vaşadzenin
siyasi mesajları və baxışları haqqında heç nə bilmirlər. Dil
bilmədiklərinə görə, gürcü dilli kanallara baxmırlar və faktiki
olaraq məlumat mənbəyi yoxdur.
İmir sakini Hümbət Qasımov seçkiləri azərbaycanlıların toy ənənəsi
ilə müqayisə edir. O, zaman bəy gəlinin kim olduğunu bilmirmiş.
"Keçmişdə kimsə evlənəndə gəlin paltarı geyindirirdilər
və üzünü tam örtürdülər. İndi də məhz eləsi seçkilərdir, açıq
deyil. Xalq da bilmir hansı istiqamətə gedir”- deyir
Hümbət Hüseynov.
Amilxan Qocayev hesab edir ki, kim layiqlidirsə xalq da həmin
namizədi dəstəkləyəcək, amma belə namizədin kim olduğunu bilmir.
Ona heç kim Salome Zurabişvilinin və ya Qriqol Vaşadzenin hansı
baxışı və dəyəri olduğunu deməyib.
- Necə bilirsiniz ki, kim layiqli namizəddir?
- Bilmirəm, xalq hamının ürəyini oxuya bilməz ki. Kim layiqdirsə
onu da dəstəkləyəcəklər.
- İnsanlar bu haqda məlumatı necə alırlar?
- Bilmirəm. Kim layiqdirsə onu da dəstəkləyəcəm.
Hübmət və Amilxan kimi namizədlər haqqında başqa İmir sakinlərinin
də məlumatı yoxdur.
“Mən heç o, namizədi tanımıram da (Salome Zurabişvili).
Amma ölkənin xatirinə ona səs verəcəm” – deyir ərzaq
satıcısı olan qadın.
Əhalinin bir hissəsi öz seçimi haqqında açıq danışır, deyirlər ki,
Salome Zurabişvilini dəstəkləyirlər amma niyə? sualına cavabları
yoxdur.
“Elə partiyalar var ki, qapı-qapı gəzirlər və xalqa pul
paylayırlar. Məsələn 5 nömrə. Dövlət var və onu dəstəkləməliyik,
ona səs verməliyik. Hakimiyyət qalib gəlməlidir. İvanişvili də bizi
dəstəkləyir. Azərbaycan kimi desə onu da seçəcəyik. Saakaşvili
buraya gəlməyəcək”- deyir İmir sakini.