Göz yaşları haqqında
bilmədiyiniz 10 faktı sizə təqdim edirik
1. Körpələr əvvəl ağlamağı, sonra isə gülməyi
öyrənir.
2. Göz yaşlarının tərkibində olan lizosim maddəsi
təbii antibiotikdir. Bu maddə gözləri infeksiyalardan
qoruyur.
3. Göz yaşlarının kimyəvi tərkibi dəyişilir.
İnsan kədərdən ağlayanda göz yaşları daha duzlu, hətta acı olur,
sevincdən ağlayanda isə əksinə.
4. Elmi araşdırmalara görə, ağlamaq həqiqətən
stressi azaldır. Müşahidələr göstərib ki, ağladıqdan dərhal sonra
insanlar özünü daha pis hiss edir. Lakin yarım saat keçdikdən sonra
insan yüngüllük hiss etməyə başlayır.
5. Ağlama zamanı göz yaşları ilə birlikdə stress
hormonları ifraz olunur.
6. Göz yaşlarının 98%-i sudur, qalanı isə duz,
zülal, hormonlar və bəzi digər
maddələrdir.
7. Göz yaşlarının tərkibinə görə insanın bəzi göz
xəstəliklərini və göz travmalarını aşkar etmək
mümkündür.
8. Amerika alimləri aşkar ediblər ki, daha çox
ağlayan insanlar daha kreativ və yaradıcı
olur.
9. Eksperimentlər göstərib ki, ağlamaq həm
fiziki, həm də emosional ağrıları
azaldır.
10. Niyə qadınlar daha çox ağlayır? Məsələ
burasındadır ki, kişi hormonu olan testosteron göz yaşlarının
ifrazını azaldır, qadın hormonu oksitosin isə əksinə artırır.
Yaşlaşdıqca kişi orqanizmində testosteronun ifrazı azalır və bu
səbəbdən yaşlı kişilər daha «ağlağan»
olur.