Qucaqlaşmağın münasibətlərimizdəki rolu
danılmazdır. Araşdırmalara görə, sarılmaq sevgini möhkəmləndirir və
ilk günkü kimi hiss etməyimizə səbəb olur.
400 artıq cütlük uzərində aparılan təcrübələrdə onların gündə neçə
dəfə qucaqlaşması və bunun onların münasibətlərinə təsiri
araşdırılıb. Məlum olub ki, cütlüklərin böyük əksəriyyəti
sarılmaqla ən böyük problemlərinin belə öhdəsindən gəlməyi
bacarıblar. Qucaqlaşmaq streslə mübarizəyə də kömək edir. Ailə
terapistləri münasibətlərin uzun illər boyu davam etməsi üçün gündə
4 dəfə qucaqlaşmağı məsləhət görür.