Ayaqqabı alarkən nəyə diqqət etmək lazımdır?
Ayaqqabılara olan sevgimiz bəzən gözümüzü kor
edər, səhv qərarlar verməmizə səbəb olar. Sonradan kədərlənməmək
üçün ayaqqabı alarkən diqqət yetirilməsi lazım olan qaydalar
var.
Alış – verişə çıxdığımızda çox bəyəndiyimiz bir ayaqqabını rahat
olmasa belə, almaq fikirini artıq unudun! Sizi bütün gün daşıyan
ayaqlarınıza daha çox əhəmiyyət verin.
Ayaqqabı alarkən diqqət etməli
olduğunuz 10 qayda:
Bəyəndiyiniz bir ayaqqabının mütləq iki tayını da sınayıb alın.
Çünki bəzən bir tay digərindən fərqli ola bilir. Bu da istifadədə
problemlərlə qarşılaşmanıza səbəb ola bilər.
Ayağınızdakı ən uzun barmaq heç bir zaman ayaqqabının ən ucuna
dəyməsin, əgər dəyirsə, bu, ayaqqabının sizə kiçik gəldiyinin
ifadəsidir. Dərhal söyləyək, baş barmaq ən uzun deyil!
Geyindikcə açılar cümləsinə aldanmayın! Bəlkə həqiqətən də açılır,
amma onun açılması üçün günlərlə narahat ayaqqabılarla gəzməyə
dəyərmi?!
Bir ayağınız digərindən çox az da olsa böyüksə, seçiminizi hər vaxt
böyük olana görə edin.
Həmişə təbii və keyfiyyətli vəsaitdən hazırlanan ayaqqabılar seçin.
Ayaq sağlamlığınız üçün təbii vəsaitlərin bir alternativi hələlik
yoxdu. Üstəlik, təbii vəsaitlər daha uzun ömürlüdür.
Ayaqlar gün boyunca şişdiyindən ayaqqabı alış – verişinizi
günortadan sonra, ya da axşam saatlarında etməyə diqqət edin.
Ayağınızın nömrəsinə çox güvənməyin. Markaların qəlibləri
bir-birlərindən fərqli ola biləcəyindən seçiminizi ayaq nömrənizə
görə deyil, ayağınıza uyğun gələn ayaqqabıya görə edin.
Almağı düşündüyünüz ayaqqabını müəyyən bir corabla geyəcəksinizsə,
mütləq corabınızı da yanınızda aparın. Məsələn, qışda qalın corabla
geyinəcəyiniz çəkməni alarkən ayağınızda incə corab
olmamalıdır.
“Ucuzdur, vardır xəstəliyi. Bahalıdır, vardır hikməti” sözünü
ağılınızdan çıxarmayın. Daha çox pul verərək aldığınız ayaqqabının
həm iç, həm də xarici dərisi daha keyfiyyətlidir. Buna görə
ayaqqabını daha uzun müddət istifadə edə bilərsiniz.
Mütəxəssislər ideal topuq yüksəkliyinin 4 sm olduğunu söyləyir.
Bilirik, moda bu qaydanı heçə sayır. Amma siz yenə də hər vaxt
yüksək dikdaban, ya da babet almaqdan qaçının. Mütəxəssislər eynilə
yüksək topuqlar kimi davamlı babet geymənin də ayaqlara zərər verə
biləcəyini söyləyir.