Makaron məmulatları ən populyar qarnirlərdən
biridir. Lakin asan və tez hazırlanan bu qarnirin bəzi sirləri
var.
1. Yalnız yaxşı keyfiyyətli makaron alın. Boz,
ovulan makarondan heç vaxt dadlı qarnir alınmayacaq.
2. Bərk buğda növlərindən hazırlanmış makaronlara
üstünlük verin. Bu bağlamanın üzərinə qeyd olunur.
3. 500 qr paçka üçün 5 l su götürün. Bu çox
vacibdir. Az suda bişən makaron biri-birinə və qazana yapışır.
4. Duzu su qaynadıqdan sonra qazana tökün, təkrar
qaynamağı gözləyin, sonra qazana makaron tökün.
5. Makaron qaynamağa başlayana qədər onu
vaxtaşırı qarışdırmaq lazımdır ki, makaronlar yapışmasın.
6. Makaronlar yapışmasın deyə suya 1 ç.q. bitki
yağı da tökə bilərsiniz.
7. Makaronları süzəndən sonra üzərinə soyuq su
tökməyin. Bu makaronları dadsız edir.
8. Qazanda kərə yağını dağ edin, üzərinə bişmiş
makaron tökün, qarışdırın, oddan
götürün.