Alça yedikdən sonra bunu edin
May
ayı çoxları üçün alça mövsümünün elan olunması kimi yadda qalır və
sevilir.
Mütəxəssislər alça yedikdən sonra dişləri fırçalamamaq lazım
olduğunu deyib.
Təzə meyvə, bəzi bitki mənşəli çaylar, turş və qazlı içkilər, şirin
və ya turş yeməklər də dişlərin aşınmasına səbəb olur. Aparılan
tədqiqatda məlum olub ki, gündə iki dəfədən çox sitrus meyvələri
yeyən insanların dişləri daha az sitrus meyvələri yeyən insanlarla
müqayisədə daha çox eroziyaya məruz qalır.
Həmçinin qazlı içki və alma sirkəsindən çox istifadə edənlər də
risk qrupuna daxil edilir. Qazlı içkilər və turş məhsulların həddən
artıq istifadəsi dişlərdə turşu erroziya ehtimalını 4-10 qat
arasında daha çox artırır.
Mütəxəssislər bildirir ki, qazlı və turş məhsulların qəbulundan
sonra dişləri dərhal fırçalamaq olmaz. Çünki yemək vaxtı dişlərə
yapışan artıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən sonra
dişləri fırçaladıqda turşu ağız içinə yayılır. Bildirilib ki,
ağızdakı turşuluq diş minasını yumşaldaraq alt təbəqəni aşındırır,
keyfiyyətini aşağı salır və zəiflədir. Beləliklə, dişlər daha asan
və tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra
yuyun.
Odur ki, turş alça kimi ərzaqlar yedikdən sonra turşunu
neytrallaşdırmaq üçün ağzınızı su ilə yumaq lazımdır. Dişlərinizi
təmizləmək ehtiyacı hiss edirsinizsə, ağzınızı çalxalayın və sonra
bir stəkan ilıq su için.