Saçlarınız yağlıdırsa, bunu mütləq oxuyun! MƏSLƏHƏTLƏR
Saçların həddən artıq yağlılığı çox böyük
problemdir.
Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox
güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da
mümkündür.
1. Qidalanmanızı fikir verin. Bu əsas şərtlərdən biridir. Çox
yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin,
sağlam qidalanın, kifayət qədər su için.
2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan
istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini
daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun.
3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə
şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula,
palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu
bitkilər saçların yağlalığını azaldır.
4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy
vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları
ilə yüngül massaj edin.
5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən
istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə
edin.
6. Mümkün qədər az hallarda fendən istifadə edin.
7. Saçlarınıza saçların yağlılığını azaldan maskaları edin.
Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır:
- Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana
kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir.
Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.
- Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və
5-10 dəqiqədən sonra saçlarınızı yuyun.
- Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara
çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun.
- 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş
sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların
köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala
bükün və 1 saatdan sonra saçlarınızı yuyun.
- Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt
verir, yağlılığı azaldır.
- Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən
sonra saçlarınızı yuyun.
- Yumazdan əvvəl baş dərisini simonun dilimi ilə sürtün. Bu
yağlılığının azalmasına kömək edir.
- Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə
yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı,
kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3
xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və
təmiz saçları yaxalayın. Bir neçə bitki qarışdırmaq da olar.
- Sirkə ilə yaxalamalar da çox yaxşı kömək edir. Saçları yuyandan
sonra 1 l ilıq suya 1 çay qaşığı sirkə əlavə edin və saçları
yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya
1 çay qaşığı naşatır spirti götürülür.
- Saçlar üçün olan xüsusi vitamin-mineral komplekslər mövcuddur.
Belə komplekslərin tərkibinə dəmir, kükürd, C və B qrupu
vitaminləri daxildir.