Dondurma haqqında maraqlı faktlar
1.
Dondurma tək desert deyil, bu həm də çox faydalı
məhsuldur.
Dondurmanın tərkibində xeyirli vitamin (A, B, E, D) və
mikroelementlər (kalsium, fosfor, dəmir, maqnezium) var.
2. Bir çox insanların fikirinə görə, dondurma anginaya səbəb ola
bilər. Lakin bu belə deyil. Əgər insan dondurmanı asta-asta
yeyərsə, onun boğazı ağrımayacaq. Əksinə olaraq bunun nəticəsində
ağız boşluğu selikli qişaların immuniteti möhkəmlənir və insan daha
gec-gec xəstələnir. Bəzi lor-həkimlər anginadan əziyyət çəkən
insanlara məhz belə qeyri-adi möhkəmlənmə üsulunu tövsiyə
edirlər.
Lakin dondurmanı dişləyə-dişləyə yemək olmaz. Bu həm dişlər, həm də
boğaz üçün ziyanlıdır.
3. Normal miqdarlarda qəbul etdikdə (gündə 1 dəfə) dondurma
(xüsusilə südlü, meyvəli-giləmeyvəli növləri) kökəlməyə səbəb
olmur. Əksinə dondurma insanda çox tez toxluq hissi yaradır ki,
nəticədə 1 qida qəbulunu dondurma ilə əvəz etmək mümkündür.
Beləliklə, dondurma hətta arıqlamağa kömək edə bilər.
4. Dondurma yeyən insan əhval-ruhiyyəsinin yaxşılaşmasını hiss
edir. Məsələ burasındadır ki, dondurmanın qəbulu insanın
orqanizmində "serotonin" hormonun yaranmasını stimullaşdırır. Bu
maddənin təsirindən insan özünü daha xoşbəxt hiss edir. Beləliklə,
stress vəziyyətinə düşmüsünüzsə, dondurma yeyin.
5. Dondurmanın qəbulu bəzi insanlarda baş ağrısına səbəb ola bilər.
Bu damarların sıxılması ilə izah olunur.
6. Kalsium elementi ilə zəngin olan dondurma bu elementin
defisitindən əziyyət çəkən hamilə qadınlar üçün olduqca
xeyirlidir.
7. Xarici ölkələrdə ənənəvi şirin dondurma ilə yanaşı, duzlu,
istiotlu, qızarmış kartof, pendir, soğan, göbələk və s. dadı olan
dondurma satılır.
8. Rusiyada dondurmanı həm isti yayda, həm də soyuq qışda yeyirlər.
Bu adət bir çox turistləri təəccübləndirir.
9. Dondurmanı seçdikdə onun tərkibinə fikir verin. Yaxşı
dondurmanın tərkibində kokos, palma və digər bitki yağlar
olmamalıdır. Yaxşı dondurmanın tərkibində yalnız təbii kərə yağı,
qaymaq və süd ola bilər.
10. Yaxşı dondurma ağappağ olmamalıdır. Bu o deməkdir ki, dondurma
təbii süddən yox, soyadan hazırlanıb. Təbii dondurma növündən asılı
olaraq süd rəngində (südlü dondurma) və ya sarımtıl (daha yağlı
plombirlər) ola bilər.
11. Dondurma aldıqda fikir verin ki, onun qablaşması (vaflılı
stəkan və s.) əzik olmasın. Əks halda bu o deməkdir ki, dondurma
əriyib, sonra isə təkrar dondurulub. Bu isə həm məhsulun dadına
mənfi təsir edir, həm də zəhərlənmə təhlükəsi artır.
12. Yaxşı dondurma çox gec əriyir, dərhal suya
dönmür.