İlansancma zamanı yalnış edilən ilk tibbi yardımlar
Havalar istiləşdikcə ilansancma təhlükəsi də
artır. Hər il xeyli sayda insanı ilan sancır. Nəticə isə bəzi
hallarda ölüm olur. Bunun səbəblərindən biri də məhz ilkin yardım
qaydalarından bixəbər olmaqdır.
Marneuli Press medicina.az-a istinadən mövzu ilə bağlı faydalı
məlumatları təqdim edir. Sözegedən zəhərli sürünüənin sancması
zamanı bir sıra əlamətlər biruzə verir:
• Sancma yerində qızartı
• Şişkinlik
• Göyərmə
• Həmin yerdə keyimə
• Ürəkbulanma
• Qusma
• Soyuq tər
• Nəfəs almada çətinlik
İlansancma zamanı ilkin tibbi yardım düzgün edilsə nəticə ağır
olmaya bilir. Bunun üçün ilkin olaraq həmin şəxsi sakitləşdirməyə
çalışın. Pasiyentin uzanması üçün şərait yaradın. Əl altındakı
ləvazimatlardan istifadə edərək zədələnmiş yerə şina qoyun. Daha
sonra yaradan zəhərin xaric edilməsinə əməl edilməlidir.
Sorma üsulu ilə zəhərin müəyyən hissəsini çıxarmaq mümkündür. Bunun
üçün isə iki şərt əsasdır. Belə ki, ilansancma zamanı 5-10 dəqiqə
ərzində zəhəri sormaq mükündür. Diqqət edilməli əsas məqam isə
zəhərin çıxarılmasını icra edən şəxsin ağzında yara, sıyrıq,
dişlərində kariyes, çürük olmamalıdır.
Zəhərin sovrulmasından başqa üsullar da var. Belə ki, yara üzərinə
xörək duzu məhlulu ilə isladılan, təmiz tənzif qoyulmalıdır.
Unutmamaq lazımdır ki, yara ətrafına sıxıcı sarğı vurmaq və yaxud
həmin nahiyəni kəsmək və yaxud buz qoymaq, yandırmaq olmaz. Xəstəni
həmin dəqiqə xəstəxayana aparmaq lazımdır. İlan dişlərinin izi
görünürsə 12 saat müşahidə altında saxlanmalıdır.