Mineral suların bilinməyən zərərləri
Əsasən soda ilə qarışdırılan mineral suların tərkibində çoxlu sayda minerallar və kimyəvi maddələr vardır ki, bunlar orqanizm üçün olduqca faydalıdır. Lakin miqdarından artıq içildikdə mineral sular da zərərli ola bilər.

Marneulifm mineral suların həm faydalı, həm də zərərli xüsusiyyətləri barədə məlumatları təqdim edir.

Mineral suların orqanizmimizə faydaları bunlardır:


Mineral sular vücudumuzun ehtiyacı olduğu mineralların bir çoxuna sahibdir. Xüsusilə yay aylarında tərləmə zamanı itirilən mineralları geri qaytarmaq üçün bu sular olduqca əhəmiyyətlidir. Sümüklərin inkişafı üçün ən önəmli mineral olan kalsium ilə zəngindir. Həmçinin, davamlı olaraq içildiyində, qan təzyiqini müəyyən normada saxlayaraq, tənzimləyir.

Bəs mineral suların bilmədiyimiz zərərləri hansılardır?

Mütəxəssislər gün ərzində yalnız 1 litr mineral su içməyi tövsiyə edirlər. Çünki artıq içildiyində su zəhərlənməsinə səbəb ola bilər. Belə hallarda qəbul edilən suyun bədəndən xaric olması vacibdir və bədən artıq suyu xaric etdikdə eyni zamanda sodium itirir. Həyati bir element olan sodium orqanizmdə azaldığında bir sıra sağlamlıq problemləri yarada bilər ki, bu da ölümə səbəb ola bilər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google