Dərini hamar edən və ağardan kartof maskası
Dərinin hamar və sağlam görünməsi üçün kimyəvi
məhsullar yerinə kartofdan istifadə edə bilərsiniz.
Marneulifm Milli.az-a istinadən kartof maskasının hazırlanma
qaydasını və faydalarını təqdim edir:
Kartofun qabığını soyun və sürtgəcin xırda hissəsindən keçirin.
Sonra suyunu süzüb onunla üzünüzü yuyun. Sürtgəcdən keçirilmiş
kartofu isə burun üzərinə və ya gözaltına qoyub bir müddət
saxlayın.
Daha sonra üzünüzü su ilə yuyub təmizləyin. Maskanı həftədə 3 dəfə
tətbiq edə bilərsiniz. Həmçinin süzülmüş kartof suyunu buz
qəliblərinə tökərək dondura, daha sonra maska və ya üz təmizləyici
vasitə kimi istifadə edə bilərsiniz.
Maskanın heç bir əks göstərişi yoxdur, lakin həssas dəriyə
maliksinizsə, maskanı əvvəlcə qolunuzda sınaqdan keçirin.
Dəriyə faydaları
Təbii pilinq təsiri ilə dərini ölü hüceyrələrdən arındırır. Cildi
nəmləndirdiyi üçün quru dərilərin elastikliyini bərpa edir. Gözaltı
qaralığı və dəri ləkələrini azaldır. Həmçinin gözaltı şişkinliyini
yox edir.
Antibakterial xassəli olduğu üçün sızanaq müalicəsində effektiv
təsir göstərir.
Məsamələrini daraldır və dərinin daha güclü görünməsini təmin
edir.
Dərinin rəngni ağardır.