81-yaşlı alim gənc qalmağın SİRRİNİ TAPDI
Rusiyalı professor, məşhur səyahətçi və Rusiya
Federasiyasının Hökuməti Mükafatının laureatı Nikolay Drozdov 81
yaşı olmasına baxmayaraq, gənc və sağlam görünür.
Sağlam həyat tərzini təbliğ edən professor çoxlu sayəhət edir və
çalışır.
Marneulifm bu yazıda Nikolay Drozdovun 10 həyat qaydasını təqdim
edir:
1. Devizim: “Həyat pozitivdir”. Hər işin müsbət
tərəflərini görməyə çalışıram. Həyata gül çəhrayı eynəklərdən
baxmaq lazım deyil, sadəcə hər insanın ətrafına müsbət tərəfdən
baxmaq bacarığı olmalıdır.
2. Artıq 37 ildir ət yemirəm. Hindistanda yoqa ilə
maraqlanmağa başladım və vegetarian oldum. Vegetarianizm həyat
mövqeyimdir, bu yol bir şəxs üçün çox doğrudır, çünki mədə effektiv
şəkildə bitkisəl qidalar yeməyə adaptasiya edilir, heyvan ətlərini
həzm etmək üçün böyük miqdarda enerji sərf olunur. Naharım naminə
heyvanların öldürülmədiyini biləndə, özümü daha sakit hiss
edirəm.
3. Əsas hədəfim: siqaret çəkməmək! Evdə içi
spritli içki ilə doldurulmuş şüşə qabları yoxdur. Bütün ailəmiz
sağlam həyat tərzini sürür.
4. Müəllimim akademik Yuri Petroviç Quşkodur. Onun “Uzunömürlülük
seyfinin 12 açarı” kitabı hər kəs üçün faydalıdır.
5. Hər səhər bütün əzələ qrupları üçün 1 saat məşq edirəm.
6. Səhər yeməyindən yarım saat əvvəl 2 stəkan ilıq və ya az duzlu
su için. Bu akademik İvan Pavloviç Neumuvakinin tövsiyəsidir. Səhər
məşqindən sonra yulaf və ya qarğıdalı püresi hazırlayın, ona bal,
quru ərik və ya qara gavalı əlavə edə bilərsiniz.
7. Yaxşı əhval-ruhiyyənin zəmanəti - gecə
xəbərlərini seyr etməyin. Yuxu rejiminə diqqət edirəm. Gecə 12-ə
qədər yatağa gedirəm, saat zəng çalmadan beş, altıda yuxudan
oyanıram.
8. Təbiətin insan əli dəyməyən, sivilizasiyadan 3 uzaq yer var ki,
orada yenilənirəm. Bu - Kamçatka, Baykal Gölü və Altay
Dağlarıdır.
9. İnsanları sevmək lazımdır. Yalnız sevgi
vasitəsilə başqa insanın çatışmazlıqlarına üstün gəlmək olar.
10. Yaşlanma prosesini dayandıran 3 müddəa kəşf etdim. Gülmək,
mahnı oxumaq və rəqs etmək.