İsveçrədə Çin imperatorunun 5 milyon dollarlıq vazası tapıldı
Mütəxəssislərin bir isveçrəli ailədə təsadüfən
aşkar etdiyi qədim Çin vazası hərracda təxminən 5 milyon dollara
satılıb.
Ailəyə məxsus əntiq əşyaları dəyərləndirmək üçün dəvət olunmuş
ekspert Reqqi Praysverk heç kimin diqqətini çəkməyən, içərisinə
tennis topları yığılmış qədimi vazanı görəndə heyrətlənib.
300 il əvvəl Çin imperatorunun sifarişi ilə hazırlanmış, üzərində
oymalarla simurq quşu təsviri işlənmiş nadir əşya dərhal
mütəxəssislərin diqqətini çəkib.
İsveçrədə Koller hərracında başlanğıc qiyməti 79 260 dollar olan
qədim vaza 4,9 milyon dollara satılıb.
Maraqlıdır ki, vazanın sahibi olan ailə onun orijinal olmasından
xəbərsiz olub və qədim vazanın surəti olduğunu
düşünürmüş.