Qarpızın saçlara ƏVƏZOLUNMAZ FAYDASI
Yayın ən sevilən meyvələrindən olan qarpız
mövsümün gəlişi ilə yenidən gündəlik rasionlarda öz yerini aldı.
Xüsusilə, qarpız-pendir cütlüyü yemək bişirməyə vaxtı olmayanlar,
istidə yemək yeyə bilməyənlər üçün sevimli menyuya
çevrilib.
Marneulifm Milli.Az-a istinadən xəbər verir ki, hər şey kimi
qarpızın da həddən çox qəbul olunmasının mənfi təsirləri var.
Özəlliklə, artıq çəkidən qurtulmaq istəyən və ya çəkisini qorumağa
çalışanlar üçün qarpızla ehtiyatlı davranmaq əhəmiyyətlidir.
Lakin bu, o demək deyil ki, qarpız çəki artımına səbəb olur.
Əksinə, qarpız pəhrizi adlanan qidalanma forması vardır ki, bununla
rahat şəkildə çəki atmaq olur.
Qarpızın faydaları
Təbii bir sidikqovucu olan qarpız böyrəklərin təmizlənməsində
iştirak edir. Bədəni zərərli toksinlərdən təmizləyir, qaraciyəri
yeniləyir, böyrəyin funksiyalarını yaxşılaşdırır. Qarpızın
tərkibində olan laykopen maddəsi xərçəngə qarşı immun sistemini
qüvvətləndirir. Laykopen antioksidant xüsusiyyəti sayəsində
toksinlərin sağlam toxumalara və orqanlara bağlanmasını
əngəlləyir.
Qarpızın tərkibində olan A və C vitaminləri saçları və dərini
qidalandırır. Yüksək miqdarda sudan ibarət olması saçlara müsbət
təsir göstərir. Kalium və maqnezium miqdarı təzyiqi aşağı salır.
Qan damarları və arteriyaların üzərindəki gərginliyi azaldır.
Qarpız pəhrizi necədir?
Qarpız pəhrizində yemək miqdarının əksəriyyətini qarpız təşkil
etməlidir. Burada əhəmiyyətli olan idman etməkdir. Pəhriz zamanı
daim idman etsəniz, kilo atmaq prosesi sürətlənəcək.
Qarpız pəhrizini 1 həftədən çox tətbiq etmək olmaz.