Murdarça bitkisi qədim zamanlardan xalq təbabətində
müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir -
bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik
zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq
təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.
Qəbizliklə mübarizə aparmaq üçün resept:
- 1 xörək qaşığı murdarça
qabığı üzərinə 1 stəkan qaynar su tökün.
15 dəqiqə ərzində su hamamında qızdırın, süzün və qabıqları yaxşı
sıxın. Alınan dəmləməni 1/2 stəkan olmaqla axşam yatmazdan əvvəl
için. Adətən 8-10 saatdan sonra bu vasitə lazım olan təsir
göstərir.
Çox ağır xroniki qəbizlik zamanı dəmləməni gündə 2 dəfə səhər və
axşam 1/2 olmaqla qəbul edirlər.
Müalicə müddəti - 7 gün.
Bütün digər qəbizliyi müalicə edən vasitələr kimi bu vasitə də
alışma yaradır və daha sonra təsir etmir və ya çox gec təsir edir.
Bu səbəbdən qəbizlik zamanı murdarça qabığını digər vasitələrlə
növbələşmək lazımdır.
Həmçinin murdarça qabığı sağlam insanlarda bağırsaqların və
bütün orqanizmin təmizlənməsi məqsədi ilə istifadə oluna
bilər.
Murdarça qabığı sidikqovucu təsir edir, böyrəklərdən və sidik
yollarından duzları xaric edir, ödemləri azaldır, dəri xəstəlikləri
(ekzema, çiban və s.), babasil, anal çatları (oturaq vannaları
şəklində) zamanı istifadə oluna bilər.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415