Gürcüstanda koronavirusa yoluxanların sayı 61 nəfərə çatdı
Gürcüstanda daha yeddi nəfərin koronavirusa yoluxduğu təsdiqləndi.
Hal-hazırda ölkədə koronavirusa yoluxanların sayı artaraq 61 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 3320 nəfər karantində, 235 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan 8 nəfər sağalıb.





Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google