Gürcüstanda koronavirusa yoluxanların sayı 66 nəfərə çatdı
Gürcüstanda daha beş nəfərin koronavirusa yoluxduğu təsdiqləndi.
Hal-hazırda ölkədə koronavirusa yoluxanların sayı artaraq 66 nəfərə
çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge
saytında yayımlanıb.
Saytda yayımlanmış məlumata görə, 3320 nəfər karantində, 235 nəfər
isə stasionar nəzarət altındadır.
Qeyd edək ki, Gürcüstanda koronavirusdan 9 nəfər sağalıb.