Gürcüstanda daha bir nəfər koronavirusdan sağalıb
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasınnın tibbi direktoru Marina Ezuqbaianın sözlərinə görə, koronavirusdan daha bir xəstə sağalıb və o, bu gün xəstəxananı tərk edəcək. Onun sözlərinə görə, hal-hazırda xəstəxanada 32 xəstə müalicə olunur və ölkədə koronavirusa yoluxan 66 nəfər var.

“Bu mərhələdə ölkədə koronavirusa 66 yoluxma halı qeydə alınıb. Qeydə alınan 66 haldan 40 nəfəri mərkəzimizə yerləşdirilib. Həmin 40 nəfərdən 8-i sağalıb. Hazırda klinikada 32 xəstəmiz var və bu 32 nəfərdən biri isə sağalmaqdadır. Məlumatı dəqiləşdirmək üçün dünən ondan nümunələr götürüldü. Tam təsdiqləndikdən sonra bu gün yəqin ki, doqquzuncu xəstə mərkəzimizi tərk edəcək və bununla da məlum olacaq ki, artıq 9 nəfər sağalmış xəstəmiz var", – Marina Ezuqbaia dedi.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google