“Geo Hospitals”-ın Marneulidəki klinikasında götürülmüş analizlərin cavabı məlum olub
“Geo Hospitals”-ın Marneulidəki klinikasında təxminən 20 həkim və xəstədən koronavirusla bağlı analiz götürülüb.

Klinikanın direktoru Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi məlumata görə, 20 testin hamısının cavabı mənfi olub.

22 mart tarixində bir nəfərdə koronavirus məhz “Geo Hospitals”-ın Marneulidəki klinikasında aşkarlanmışdı. Həmin şəxs Tbilisi Universitet Klinikasına aparılıb. Tata Şenqelaianın sözlərinə görə, onların reanimasiya şöbəsində 9 nəfər var ki, hələ ki onların evə buraxılması planlaşdırılmır. Xəstəxanada karantin elan olunub. Ərazidə isə səhra xəstəxanası qurulub.

Xəstənin koronavirusla bağlı analiz cavablarını gözləyən yaxınları xəstəxana ərazisindədirlər.







Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google