Marneuli miqyasında əhali müayinə olunur. İki və ya üç həkimdən
ibarət olan 12 briqada kəndlərə gedir, əhalinin temperaturunu ölçür
və tövsiyələrə nəzarət etməyə çağırırlar.
Təxminən saat 13:00-da Saimerlo kəndində əhalinin yoxlanılmasına
başlanılıb.
“Səhər saat 08:00-da çıxdıq, demək olar bütün ailələrdə
qeydlər apardıq. Sürətli testləin sayı üçün kontingent
hazırlayırıq. Xüsusən riskli olan adamları yoxlayırıq,
hərarətlərini ölçürük”, - Tsereteli inzibati ərazi
vahidinin məntəqə həkimi Lia Zakaidze deyir və əhalini ehtiyatlı
olmağa çağırır.
22 mart tarixində Marneulidə 60 yaşlarında qadında koronavirus
aşkarlanıb. O, Tbilisinin Universitet Klinikasına yerləşdirilib.
Onun vəziyyəti ağırdır.
Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu
haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat
00:30-da brifinqdə bildirib. Hökumət qeyd olunan qərarı Marneulili
qadında koronavirus aşkarlandıqdan sonra verib. Hazırda Marneulidə
koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 1700 nəfər
araşdırılır.