Koronavirusa yoluxmuş qadının qardaşına analizin cavabları hələ ki, məlum deyil
Koronavirusa yoluxmuş qadının "Marneuli" radiosu ilə söhbət edən ailə üzvünə testin cavabını hələ deməyiblər.

“Dünən analiz götürmək üçün evə gəldilər. Ondan sonra heç nə baş verməyib. Mərhələli şəkildə gəlib bizi yoxlayırlar. Analizlərin cavabı bu gün məlum olmalıdır. Bacımın vəziyyəti ilə bağlı məlumatım yoxdur. Onun haqqında yalnız televiziyadan nə isə eşidirik. Gah yaxşı, gah da pisdir deyirlər”, – virusa yoluxmuş qadının qardaşı deyir.

Koronavirusa yoluxmuş Marneulili qadının ailə üzvləri özlərini yaxşı hiss edirlər. Qardaşının məlumatına görə, onların boğaz ağrısı yoxdur, öskürmürlər və istiləri də yoxdur. Ailəyə tez-tez həkim gedir və onların səhhətini yoxlayır. Ailə karantindədir. Hələ ki, heç kim klinikaya aparılmayıb.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google