Koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən hazırlanmış rəsmi
veb-səhifə
stopcov.ge portalına milli azlıqların dili də əlavə
olunur.
Hökumət administrasiyasının məlumatına görə, hazırkı mərhələdə
veb-səhifənin azərbaycandilli versiyası işləyir və yaxın günlərdə
daha da təkmilləşdiriləcək. Həmçinin, veb-səhifənin ermənidilli
versiyası da hazırlanır.
Gürcüstan hökuməti etnik azlıqların dillərində məlumatı yaymaqla
yanaşı, Gürcüstanın Birinci Kanalı ilə də fəal şəkildə əməkdaşlıq
edir.
Yerli icra hakimiyyətlərinin nümayəndələri Marneuli və Bolnisidə
milli azlıqlara koronavirusla bağlı intensiv şəkildə məlumat
çatdırırlar.
Səhiyyə Nazirliyinin bütün tövsiyələri tərcümə edilib. Gürcü,
azərbaycan və erməni dillərində video-müraciətlər yazılıb.
Regionda yaşayan milli azlıqlara koronavirus haqqında məlumat
xarakterli materiallar evlərində veriləcək.
Gürcüstan hökuməti tərəfindən fövqəladə rejim haqqında məlumat
müntəzəm olaraq tərcümə olunur və İctimai Yayımçının “www.1tv.ge”
veb-səhifəsində yerləşdirilir.
Bu gündən etibarən, koronavirusla bağlı hər cür məlumat
stopcov.ge-də də
Azərbaycan dilində təqdim ediləcək.