9 günlük körpə koronavirus simptomları ilə Marneulidən Tbilisiyə
xəstəxanaya aparılıb.
Bu barədə məlumatı jurnalistlərlə söhbəti zamanı Universitet
Klinikasının baş direktoru Levan Ratiani verib.
“Ötən gün Marneulidən 9 günlük körpə şübhəli hal kimi gətirilib.
Onda kəskin nəfəs çatışmazlığı olub. Hazırda körpənin vəziyyəti
stabildir, analizi Luqar laboratoriyasına
göndərilir”, – Ratiani deyib.