Bu vaxtadək 24 000 nəfər Marneuli sakini koronavirusa görə yoxlanılıb – Zaur Darğallı
Koronavirusa görə Marneuli miqyasında 24 000 nəfər artıq yoxlanılıb. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli meri verdi.

Zaur Darğallının bildirdiyinə görə, ötən gün, 24 mart tarixində 25 nəfərdə hərarət qeydə alınıb, lakin iki nəfərdə koronavirus üçün səciyyəvi olan başqa əlamətlər də qeydə alınıb və onlar yoxlanılıb. Bu gün bələdiyyədə 5 000-dək adam yoxlanılıb, yalnız bir nəfərdə hərarət qeydə alınıb.

Marneuli meri bildirdi ki, bələdiyyə miqyasında yoxlanılmış vətəndaşlarda koronavirus aşkarlanmayıb.

“Geo Hospitals”-ın Marneulidəki klinikası yaxınlığında qurulmuş səhra xəstəxanasına bu vaxtadək 46 nəfər müraciət edib. Marneuli merinin sözlərinə görə, onlardan heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, Marneuli və Bolnisi 23 mart tarixindən karantin rejiminə keçib. Bu bələdiyyələrə giriş-çıxış qadağan edilib. Bələdiyyələrin çıxışlarında 12 blok-post yaradılıb.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google