Marneulidə küçələrin dezinfeksiyasına başlanılıb
Bu gün, 25 mart tarixində Marneuli küçələrində dezinfeksiya aparılıb. Dezinfeksiya üçün məhlulu bələdiyyə alıb.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə yalnız şəhər küçələrinin dezinfeksiyası planlaşdırılır. İşlər güman ki, kəndlərdə də davam etdiriləcək, ancaq vaxt məlum deyil.

Koronavirusa yoluxmuş ailənin yaşadığı küçədə də dezinfeksiya işləri aparılacaq. Marneulili qadında “covid-19” virusu 22 mart tarixində aşkarlanıb. 24 mart tarixində isə koronavirusla bağlı onun dörd nəfər ailə üzvünün analiz nəticələri müsbət çıxıb. Hələ ki, ailənin yaşadığı küçədə dezinfeksiya işləri aparılmayıb.

“Marneuli” radiosu bələdiyyəyə hansı miqdarda dezinfeksiya məhlulu verilib və neçə küçənin dezinfeksiyası üçün yetərli olacağını müəyyənləşdirir.

Marneulidə kranatinin üçüncü günüdür. Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin rejimi 23 mart tarixində tətbiq olunub. Hökumət Marneulili qadının koronavirusa yoluxmasından sonra bu qərarı verib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google