Marneulidə bankların yanında polislər durur (FOTO/VİDEO)

23 mart tarixində Marneulinin karantin zonası elan edilməsindən sonra bankomatların yanında çox sayda əhali toplanmağa başlayıb.


Vətəndaşlar banklardan pul çıxarmağa çalışırlar.



Bu gün, 25 mart tarixində Marneulidə olan bankomatların yanında patrul polisi və yerli özünüidarəetmə nümayəndələri durublar.

Marneuli meri Zaur Darğallının “Marneuli” radiosuna verdiyi məlumata görə, bankomatların qarşısında polislərin səfərbər edilməsi əhalinin çox olması ilə əlaqədardır. Onun sözlərinə görə, meriya və polis nümayəndələri vətəndaşların məsafə saxlamasına nəzarət edirlər.

 

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google