Vaziani hərbi bazasından 5 nəfər hərbçi virus əlamətləri ilə
klinikaya aparılıb.
Hərbçilər Tbilisi Dövlət Tibb Universitetinin Bir Saylı Universitet
Klinikasına yerləşdirilib. Klinikanın direktoru Levan Ratianinin
sözlərinə görə, qeyd olunan şəxslərin analizi səhər Luqar mərkəzinə
göndərilib.
“Bir neçə saat əvvəl bizim klinikaya beş nəfər hərbçi
gətirildi. Onlarda qrip və qripə oxşar əlamətlər qeydə alınıb,
yuxarı tənəffüs yolları problemi də var. İndiki mərhələdə
laboratoriya analizi aparılır. Eləcə də sabah səhər koronavirusa
görə bioloji material götürüləcək və Luqar mərkəzinə göndəriləcək.
İndiki mərhələdə onların vəziyyəti stabildir”, –
Levan Ratiani bildirib.
Hərbçilərin Marneulidə olub-olmaması ilə bağlı suala Ratiani cavab
verib ki, bu onun səlahiyyətinə daxil deyil.
Levan Ratianinin məlumatına görə, indiki mərhələdə aparılmış
tədqiqatlarda patoloji dəyişikliklər qeydə alınmayıb.
Qeyd edək ki, hazırda Gürcüstanda yeni koronavirusa 77 nəfər
yoluxub, onlardan 10 nəfəri sağalıb.