Marneuli meri əhaliyə xəbərdarlıq edib (VİDEO)

Marneulinin meri əhaliyə evdə qalmaları və karantin rejimi zamanı vacib olan tövsiyələrə əməl etmələri barədə xəbərdarlıq edib.

Bu gün, 28 mart tarixində Zaur Darğallı meriyanın kiçik konfrans zalında mətbuat konfransı keçirib və Marneulidə fövqəladə vəziyyətlə bağlı rejimin pozulması faktına rəy bildirib.

O, qeyd edib ki, əgər vətəndaş fövqəladə rejim şərtini pozarsa, 3000 lari cərimələnəcək.

Marneuli merinin “Facebook” vasitəsilə keçirdiyi canlı mətbuat konfransını sizə təqdim edirik.



 

 

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google