Gürcüstanda koronavirusa yoluxanların sayı 242 nəfərə çatdı. Bu
barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanan məlumata görə, hazırda 4856
nəfər karantin
rejimində, 370 nəfər isə stasionar müşahidə altındadırlar.
Məlumat üçün qeyd edək ki, virusa yoluxmuş 242 nəfərdən 57 nəfəri
artıq sağalıb, 3 nəfər isə dünyasını dəyişib.