Dmanisi meriyası mal-qaranın hərəkəti üçün yolun salınmasına 44
655 lari dəyərində tender elan edib.
Tender sənədlərinə əsasən, hazırda mal-qaranın hərəkəti Dmanisi
şəhərinin mərkəzi hissəsindən baş tutur ki, bu da nəqliyyatın
hərəkətində ləngimələrə, sanitar-gigiyenik problemlərə, ətraf
mühitin çirklənməsinə və əhalinin narahatlığına səbəb olur.
"Layihədə təbii relyef üzrə keçəcək yeni mal-qara
yolunun salınması nəzərdə tutulub. Yolun bir hissəsi qayalıq, bir
hissəsi isə torpaq qatından ibarətdir. Layihə çərçivəsində qayalıq
hissələrin kəsilərək hamarlanması, torpaq sahələrin düzləşdirilməsi
və bərkidilməsi, həmçinin yolun bütün uzunluğu boyu qum-çınqıl
örtüyünün salınması planlaşdırılır”.
Layihələndirilən yolun uzunluğu 300 metr, eni isə 4 metr
olacaq.
Tender sənədlərinə görə, layihənin məqsədi mal-qaranın hərəkət
marşrutunu şəhərin mərkəzi zonasından kənara çıxarmaqdır ki,
mərkəzdəki nəqliyyat sıxlığı azalsın, sanitar-gigiyenik vəziyyət
yaxşılaşsın, yerli əhali və fermerlər üçün təhlükəsiz infrastruktur
yaradılsın.
Sənəddə qeyd olunur ki, layihənin icrası nəticəsində mal-qaranın
hərəkəti şəhərdən kənar keçməklə baş tutacaq, şəhər
infrastrukturuna düşən yük azalacaq, ekoloji və gigiyenik vəziyyət
yaxşılaşacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.